ABŞ-ın Tehrana ödədiyi 400 milyon MÜƏMMASI
ABŞ-ın Tehrana  ödədiyi  400 milyon MÜƏMMASI
04 Avqust 2016 / 11:45 / Baxış sayı: 888
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ağ evdə  Tehrana təyyarə ilə göndərilmiş 400 milyon nağd pulun 4 amerikalı  vətəndaşın azad olunmasına heç bir aidiyyatı olmaması açıqlandı. Rəsmi Vaşinqton heç bir zaman pulla azadlıq satın almayıb və bundan sonra da almaq fikrində deyil. 

Bizimxeber.az Reutersə istinadən bildirir ki, bu fikirlər ABŞ prezidentinin katibi Coş Ernestə məxsusdur.

Ağ evdə olan birifinqdə Ernest elan edib ki, “Birləşmiş Ştatlar Obamanın prezident olduğu zamanda İranda qanunsuz həbs edilmiş vətəndaşların azadlığını satın almayıb. Biz bundan sonra da insan azadlığını pulla satın almaq fikrində deyilik.”

Agentliyin verdiyi məlumata görə  ödənən məbləğ çoxdan razılaşdırılmış müqavilə üçün olub. Sonuncu İran şahı Məhəmməd Rza Şah Pəhləvi hələ İslam inqilabı olmamış, 1979-cu ildə ABŞ-a iri məbləğdə silah almaq üçün pul köçürdübmüş. Amma inqilabdan sonra monarx şah qaçıb və hakimiyyətə islamçılar gəlib. Razılaşdırılan silahlar İrana göndərilməyib və pul da geri ödənməyib.

Söhbət mövzusu olan 400 milyon dollar bu illər ərzində 1.3 milyard dollar faiz qazanıb və bütün bu mübahisəli məsələyə görə ABŞ İrana 1.7 milyard dollar geri ödəməlidir. Ancaq sözügedən məbləğ sanksiyalar üzündən dondurulmuş vəziyyətdədir. ABŞ adminstrasiyasının məmurunun verdiyi məlumata görə pul nağd şəkildə geri ödənib, çünki həmin zaman kəsiyində İrana qarşı hələ sanksiya tətbiq edilməmişdi. Və pulu İrana başqa cür geri ödəmək yolu yoxdur.

3 avqust 2016-cı ildə Tehrana gizli göndərilmiş nağd pul barədə The Wall Street Journal qəzeti yazıb. Nəşrin verdiyi məlumata görə pulu alandan bir müddət sonra İran hökuməti saxlanılmış 4 amerikalını, o cümlədən The Washington Postun jurnalisti Ceyson Rezalanı da azad edib.

Qəzet yazırdı ki, bu razılaşma sual doğurur. Obama adminstrasiyasının girovları  müəyyən məbləğ müqabilində azad etməsi amerika KİV-lərində sual doğurmuşdu.

Rəsmi Tehran amerikalıları azad etməyə razılaşanda , Barak Obama qeyd etdi ki, “daha bir mübahisəni həll etməyin zamanı çatdı.”

Amma bu sözləri deyərkən İrana ödənən 400 milyon barədə susdu.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə