ABŞ-ın Azərbaycandakı səfirliyində yeni müavin
ABŞ-ın Azərbaycandakı səfirliyində yeni müavin
12 Avqust 2016 / 17:00 / Baxış sayı: 616
Font1 Font2 Font3 Font4
Bizimxeber

Uilyam Gil yeni səfir müavini kimi ABŞ-ın Azərbaycandakı səfirliyində fəaliyyətə başlayır.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Bildirilir ki, ABŞ-ın Dövlət Departamentində 1995-ci ildən çalışan cənab Gil ABŞ-ın Diplomatik Xidmət İdarəsinin karyera əməkdaşıdır. Bakıya gəlməmişdən öncə o, Vaşinqtonda İnsan Resursları Bürosunda İnkişaf Məsələləri üzrə Əməkdaş kimi çalışmışdır. Cənab Gil 2011-2013 illərdə Qərbi Avropa Məsələləri üzrə Şöbəsinın Direktor Müavini və Müvəqqəti Direktoru işləmişdir. Cənab Gil 2007-2011 illərdə Milanda ABŞ Konsulu, 2005-2007 illərdə isə Beyrutda ABŞ-ın konsulu kimi çalışaraq 2006-cı ilin iyul-avqust müharibəsi zamanı 15,000 amerikalının təxliyə əməliyyatını əlaqələndirmişdir. Cənab Gil həmçinin Hindistan və Mərəkeşdədə fəaliyyət göstərib.

Cənab Gil Uilyam və Meri Kollecinin tarix üzrə bakalavr dərəcəsini almışdır. O, Virciniya Ştatında anadan olmuş və Fransız, Azərbaycan, İtalyan və Ərəb dillərində danışır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə