ABŞ Güləni Türkiyəyə verməy razı deyil
ABŞ Güləni Türkiyəyə verməy razı deyil
05 Avqust 2016 / 12:45 / Baxış sayı: 672
Font1 Font2 Font3 Font4
Bizimxeber

Fətullah Gülənin ABŞ-dan ekstradasiya olunmasını tələb edən Türkiyənin arqumentləri Amerika tərəfi razı salmayıb.

Bizimxeber.az ria novostiyə istinadən bildirir ki, iki ölkənin nümayəndələri Gülənin hərbi çevriliş təşkil etməkdə ittiham olunduğu vətəninə geri qaytarılması barədə müzakirə ediblər. Lakin Türkiyə tərəfin irəli sürdüyü arqumentlər Gülənin qaytarılmasının vacibliyini sübut edə bilməyib. 

Gülən haqqında son qərar verilməsə də amerikan KİV-ləri Türkiyə prezidentinin və baş nazirinin 16 iyul hadisələrində müxalifətçilərin rolunu tez tez qabartmasından ABŞ tərəfin inamsızlıq göstərməsini qeyd edirlər.

Onlar sadəcə baş verən hadisələrdə Gülənin sadəcə günah keçisi olmasından narahatdırlar.

!6 iyul gecəsi bir qrup hərbçi Türkiyədə hərbi çeviriliş etməyə cəhd ediblər.  Əsas hadisələr Ankara və İstambulda baş verib. Üsyançılardan başqa 246 türk vətəndaşı ölüb, 2 mindən artıq adam yaralanıb. Üsyan yatırdılıb.

Türkiyə hökuməti baş verən üsyanda Güləni günahkar bilir və ABŞ hökumətindən onun ekstradasiyasını tələb edir.

Fətullah Gülən özü isə bu ittihamı qəbul etmir və çevriliş əməliyyatında qətiyyən əlaqəsi olmadığını bildirir.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə