ABŞ Dövlət Departamenti Azərbaycanı təriflədi MALİYYƏ ŞƏFFAFLIĞINA GÖRƏ
ABŞ Dövlət Departamenti Azərbaycanı təriflədi MALİYYƏ ŞƏFFAFLIĞINA GÖRƏ
01 Avqust 2016 / 17:12 / Baxış sayı: 500
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ Dövlət Departamenti 2016-vı il üçün Maliyyə Şəffaflığı Hesabatını açıqlayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən “Report”a bildiriblər ki, hesabatda Azərbaycanın budcəsinə dair məlumatlar və həmçinin təbii sərvətlərin işlənməsi üçün dövlət kontraktlarının və lisenziyaların verilməsi prosesləri əksini tapıb.

Hesabatda Azərbaycan tərəfindən maliyyə şəffaflığının təminatı istiqamətində etdiyi mühüm irəliləyişlər qeyd edilir və ABŞ hökumətinin Azərbaycanın sözügedən sahədə etdiyi səylərə yüksək qiymət verdiyi vurğulanır. Sənəddə bildirilir ki, maliyyə şəffaşlığı vətəndaşlara büdcə barədə məlumat verərək hökumətin məsuliyyətinin və daha fəal ictimai müzakirələrin gücləndirilməsinə təkan verir: “İctimai maliyyə idarəçiliyinin vacib bir elementi olan maliyyə şəffaflığı bazarda etimadın gücləndirilməsi və iqtisadi davamlılığın möhkəmlənməsində vacib rol oynayır.

Hesabat ilində Hesablama Palatası tərəfindən hazırlanmış rəy hesabatlarında planlaşdırılan xərclər, o cümlədən dövlət müəssisələrinə ayrılmalar haqqında müfəssəl məlumatlar dərc etməklə Azərbaycan əhəmiyyətli tərəqqi əldə edib.

Hesabat müddətində büdcə sənədləri ictimaiyyətə təqdim olunub və burada hökumətin gəlirləri, o cümlədən təbii sərvətlərdən daxil olan gəlirləri haqqında əhəmiyyətli dərəcədə dolğun məlumat öz əksini tapıb. Büdcə sənədlərində dövlət müəssisələrinə ayrılmaların və yaxud bu müəssisələrin gəlirlərinin tam olaraq təfsilatı ilə təqdim olunmamasına baxmayaraq, Azərbaycanın ali yoxlama qurumu olan Hesablama Palatası dövlət müəssisələrinə ayrılmalar haqqında daha ətraflı məlumatı dərc etməyə başlayıb.

Bütün dövlət müəssisələrinin audit yoxlamasından keçmiş hesabatları internet vasitəsilə geniş ictimaiyyətə təqdim olunub. Büdcə sənədlərində təqdim olunmuş informasiya ümumilikdə etibarlı olub. Ali yoxlama qurumu tərəfindən hökumətin illik icra olunmuş büdcəsinin bir hissəsi yoxlanılıb və qurumun hesabatları müvafiq müddət ərzində geniş ictimaiyyətə təqdim edilib”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə