ABŞ-da Trampa qarşı etirazlar ixtişaşa çevrildi – ŞON dəqiqə
ABŞ-da Trampa qarşı etirazlar ixtişaşa çevrildi – ŞON dəqiqə
11 Noyabr 2016 / 12:56 / Baxış sayı: 674
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-ın Portlend şəhərində (Oreqon ştatı) Donald Trampın prezident seçilməsi əleyhinə keçirilən etiraz aksiyası iğtişaşlarla nəticələnib. Bizimxeber.az  xəbər verir ki, yerli polisin məlumatına əsasən, aksiya iştirakçıları avtomobillərin hərəkətinə maneə yaradır və vandalizmlə məşğul olurlar. Aksiya iştirakçılarından bir neçəsi saxlanılıb.

“Etirazların miqyasını, həmçinin onların kriminogen və aşkar təhdidedici xüsusiyyətini nəzərə alaraq, polis bu fəaliyyətləri iğtişaşlar kimi qəbul edəcək”, – deyə Portlend şəhərinin polis idarəsinin bəyanatında bildirilir.

Trampın əleyhinə kütləvi nümayişlər ABŞ-ın Amerika ştatlarında, o cümlədən Nyu-York, Vaşinqton və Kaliforniyada da keçirilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə