ABŞ-da komendant saatı elan olundu
ABŞ-da komendant saatı elan olundu
23 Sentyabr 2016 / 9:53 / Baxış sayı: 336
Font1 Font2 Font3 Font4
Bizimxeber

Şimali Karolina ştatının Şarlott şəhərində komendant saatı elan olunub. Buna səbəb qaradərili sakinin polis tərəfindən qətlə yetirilməsindən sonra üç gündür davam edən iğtişaşlardır.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, komendant saatı 00.00-dan səhər 06.00-dək tətbiq ediləcək.

Qeyd edək ki, iğtişaşlar zamanı bir neçə polis və mülki şəxs xəsarət alıb. Etirazçılardan biri ağır güllə yarası alaraq sonradan xəstəxanada keçinib.

Polisin raportuna əsasən, sentyabrın 21-də polis əməkdaşları avtomobildən düşən sürücünün silahlı olduğunu görərək ona atəş açıblar. Qaradərili 43 yaşlı Keyt Lamont Skott aldığı ağır güllə yaralarından xəstəxanada keçinib. Qeyd edək ki, ona atəş açmış polis əməkdaşı da qaradərili olub.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə