Abituriyentlərin 52 faizi 0-200 bal toplayıb-II-III qruplarda
Abituriyentlərin 52 faizi 0-200 bal toplayıb-II-III qruplarda
27 İyul 2016 / 13:01 / Baxış sayı: 768
Font1 Font2 Font3 Font4
Bizimxeber

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında imtahan verən 41 800 abituriyentdən 21 652-si (51,8 faiz)200 baldan aşağı nəticə göstərdiyi üçün müsabiqəyə buraxılmayıb.

Bizimxeber.az-ın araşdırmasına əsasən, iyul ayının 23-ü II qrup üzrə imtahan verən 22 135 abituriyentdən 10 621 nəfəri müsabiqədə iştirak etmək hüququ əldə edib. İmtahan verən 11 514 abituriyent müsabiqə şərtlərini ödəməyib, yəni keçid balını (200 bal) toplaya bilməyib.

II qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanan şəxslərdən 656 nəfər 600 baldan yuxarı nəticə göstərib, 1274 nəfər 500-600, 1984 nəfər 400-500, 2757 nəfər 300-400, 3850 nəfər 200-300 bal arası nəticə göstərib.

III qrup üzrə isə 19 673 nəfər imtahan verib. İmtahan nəticələrinə əsasən 9 535 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib, 10 138 nəfər isə müsabiqəyə buraxılmayıb. Buna səbəb həmin abituriyentlərin keçid balı (200 bal) toplaya bilməməsidir.

III qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanan şəxslərdən 607 nəfəri 600 baldan yuxarı nəticə göstərib, 1358 nəfər 500-600 arası, 1992 nəfər 400-500 bal arası, 2513 nəfər 300-400 bal arası, 3 065 nəfər isə 200-300 bal arası nəticə göstərib.

Qeyd edək ki, ixtisas seçimi bütün qruplar üzrə iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə