Abid Şərifovun qardaşının layihəsini çinlilərə verdilər
Abid Şərifovun qardaşının layihəsini çinlilərə verdilər
04 Noyabr 2016 / 14:46 / Baxış sayı: 2088
Font1 Font2 Font3 Font4
Bizimxeber

Çinə məxsus tanınmamış şirkət Moldovadakı Ungenı-Kişinyov-Odessa avtomobil yolunun tikintisini başa çatdıracaq. 220 kilometr uzunluğunda yolun 4 hərəkət zolağı olacaq və smeta dəyəri 500 milyon dollardan artıqdır.

Virtualaz.org “unimedia.info”ya istinadən xəbər verir ki, bu yolun 40 kilometrlik hissəsinin tikintisi ilə Azərbaycanın “Evrascon” şirkəti məşğul olub.

Moldova hökuməti 15-18%-i yerinə yetirilmiş işin gedişindən narazılığını bildirərək, Azərbaycan şirkəti ilə müqaviləyə xitam vermişdi. Öz növbəsində, “Evrascon” Moldova hökumətini bürokratik əngəllərin törədilməsində suçlamışdı.

Qeyd edək ki, “Evrascon” tikinti şirkəti Azərbaycanın baş nazirinin müavini Abid Şərifovun adı ilə birgə hallanır. Məmur özü jurnalistlərə müsahibəsində şirkətin qardaşına aid olduğunu demişdi.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə