Abbas Abbasovun qardaşının ölkədən çıxışına qadağa qoyuldu
Abbas Abbasovun qardaşının ölkədən çıxışına qadağa qoyuldu
19 Sentyabr 2016 / 17:39 / Baxış sayı: 764
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanın Baş nazirinin sabiq müavini, hazırda Rusiyada yaşayan Abbas Abbasovun qardaşı Nadir Abbasovun ölkədən çıxışına qadağa qoyulub

Bu barədə vergi orqanlarından məlumat daxil olub.

Məlumata görə, Abbas Abbasovun qardaşı Nadir Abbasovun ölkədən çıxışına qadağa üç gün əvvəl, daha dəqiqi, sentyabr ayının 16-da qüvvəyə minib: “Vergilər Nazirliyinin bu addımı atmasının səbəbi isə Nadir Abbasovun vergi borcunu ödəməməsi ilə bağlıdır”.

Məlumatda vergi borcunun dəqiq məbləği göstərilməyib. Ancaq borcun təxminən 100 min manat civarında olduğu deyilir.

Onu da qeyd edək ki, Abbas Abbasovun qardaşı ilə bağlı xoşagəlməz xəbər təkcə bununla bitmir. Belə ki, Nadir Abbasovun sahibi və baş direktoru olduğu “NAA Universal” Məhdud Məsuliyyəti Cəmiyyət də məhkəməyə verilib.

Məhkəmədən verilən məlumata görə, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti Nadir Aydın oğlu Abbasov və onun baş direktoru olduğu “NAA Universal” Məhdud Məsuliyyəti Cəmiyyətini məhkəməyə verib. Səbəb isə Nadir Abbasovun illər əvvəl bağlanan müqavilə və onun şərtlərinə əməl eləməməsidir:

“Bu üzdən “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək, bağlanmış müqaviləyə xitam verilməsini tələb edib. İşə Nəsimi rayon Məhkəməsindən ta Ali Məhkəməyə qədər baxılıb. Bu yaxınlarda isə Ali Məhkəmə şikayəti yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri qaytarıb”.

Hazırda həmin şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Raqub Qurbanovun icraatında baxışa qəbul olunub.

Məlumata görə, sabah saat 17.00-da hakim iş üzrə prosesə start verəcək.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə