Əsas menu

“Bandotdel”in yeni rəisindən – İlk açıqlama 

“Belə bir vəzifəyə təyinatım son dərəcə gözlənilməz oldu”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında bu gün Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunan polkovnik Əbülfət Rzayev deyib.

O bildirib ki, belə bir yüksək posta təyinat onun üçün gözlənilməz olsa da, sevinclə qarşılayıb: “Bu, əslində böyük məsuliyyət və etimad deməkdir. Çalışacam ki, öz işimlə bu etimadı doğruldum və ölkəmizin əmin-amanlığı naminə əzmlə çalışım”.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*