Əsas menu

Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin etdi 

Daxili İşlər naziri Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin edib. Bizimxeber.az xəbər verir ki, nazirin əmri ilə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev vəzifəsindən azad edilərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, “Bandotdel”in bundan öncəki rəisi Seyfulla Əzimov nazirin birinci müavini təyin edilib. Xatırladaq ki, polkovnik Ə.Rzayev Nəsimidən əvvəl Şəki və Sabunçu rayon Polis İdarələrinin rəisi işləyib. O, eyni zamanda, BDU-nun “Konstitusiya hüququ kafedrası”nın müəllimidir.

Fotoda Əbülfət Rzayev 

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*