Əsas menu

Bakıdan Batumiyə gedən təyyarə geri döndü – Yenilənib 

Batumi Hava Limanında (BUS) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Buta Airways”in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb. Bu barədə “Buta Airways” xəbər verir.

Məlumata görə, reys Bakı vaxtı ilə saat 10:12-də Heydər Əliyev Aeroportunda (GYD) uğurlu eniş edib. AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda təyyarə hava şəraiti yaxşılaşdığına görə Bakıdan Batumiyə yola düşməyə hazırlaşır: “Sərnişinlər artıq təyyarənin göyərtəsinə minirlər”.

***

“Buta Airways”in məlumatına görə, təyyarə Bakı vaxtı ilə saat 14:38-də Bakıdan Batumiyə yola düşüb.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*