Əsas menu

Masallıdakı dəhşətli qəzada ölən gəncin anası intihar etdi 

Masallı rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı övladı ölən qadın intihar edib. Bu barədə əməkdaşlarına qəza nəticəsində ölənlərin yaxınları məlumat verib.

Belə ki, hadisə zamanı ölən 2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlunun anası intihar edərək həyatına son qoyub. Sözügedən qadının qəzada yaralanan qızı – 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızının müalicə aldığı xəstəxanada özünü öldürdüyü bildirilir.

Qeyd edək ki, iyulun 9-da Masallı rayonunda yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub. Qəzada səkkiz nəfər ölüb. İki nəfər isə ağır xəsarət alıb.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*