Əsas menu

“Ziya Məmmədov tövbəsini pozarsa, o, qamçılanacaq” — Məscid imamından ŞOK AÇIQLAMA 

İmam-Hüseyn məscidinin imamı, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov sabiq nəqliyyat naziri Ziya Məmmədovun namaz qılıb, ibadət etməsindən danışıb. 

Hacı Əbdül Əbdülov Demokrat.az-a açıqlamasında Ziya Məmmədovu yanına tövbə etməyə çağırıb: “Tövbə qapıları hər zaman açıqdır, Allah böyükdür, bağışlayandır. Mən arzu edirəm ki, Ziya Məmmədov yanıma gəlib tövbə etsin. O zaman Allah da onun günahlarını bağışlayacaq. Yəqin ki, Ziya Məmmədov indiyədək pis əməllərə bulaşmayacağı barədə tövbə etməyib. Ona görə də günahları var”.

Image result for Hacı Əbdül Əbdülov
Hacı Əbdül Əbdülov əlavə edib ki, əgər Ziya Məmmədov tövbəsini pozarsa, onun qamçılanması qaçılmazdır:
“Ziya Məmmədov yanıma gəlib birinci və sonuncu dəfə tövbə etsin. Əgər Ziya Məmmədov tövbəsini pozarsa, o zaman mütləq qamçılanmalıdır, şallaqlanmalıdır. Başqa çıxış yolu yoxdur”.

 

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*