Əsas menu

Zərdab sakinləri prezidentə səsləndi – “Lütvəli Babayevi işdən çıxarın…” 

Zərdab rayonun bir qrup sakini Bizimxeber.az-a icra başçısı Lütvəli Babayevin əməlləri ilə bağlı müraciət ünvanlayıb. Sakinlər ölkə başçısı İlham Əliyevdən icra başçısını rayondan uzaqlaşdırılmasını xahiş ediblər. 

Müraciəti olduğu kimi təqdim edirik!

Bu gün hər bir vicdanlı zərdablının arzusu Lütvəli Babayevin icra başçısı vəzifəsindən uzaqlaşdırılmasıdır. Bəlkə də Azərbaycanın heç bir rayonunda belə bir idarəetməni bacarmayan icra başçısı yoxdur. Uzun illərdi zərdablılar Lütvəli Bbayevin nə vaxt işdən çıxarılacağını səbirsizliklə gözləyirlər. Lütvəli Babayev düz 12 ildir ki, Zərdabın icra başçısı vəzifəsindədir. On iki il əvvəlki vəziyyəti ilə indiki vəziyyəti müqayisə edəndə rayonun hansı şəkildə bərbad vəziyyətə düşdüyünü aydın görmək olur.

Bütün idarə, müəssisə işçilərinin əmək haqqısından hər ay pul tutulub Lütvəli Babayevə verilir. Hər bir məktəbdən ayda 1000 manat pul yığılır. Hər bir müəllim maaşından direktora verir ki, gözü doymayan Lütvəli Babayevə verilsin.

“DOST” MMC-nin xətti ilə rayon sakinlərinin adı işə yazdırılıb maaş kartlarının çox hissəsini Lütvəli Babayev cibinə qoyur. Şəhərin mərkəzini zibilliklər basıb, kanalizasiya sistemi tam bərbad, mərkəzi küçə yolları istifadəyə yararsız halda, bazarda, küçələrdə antisanitariya hökm sürür.

Ümumiyyətlə, Lütvəli Babayev digər rayonların icra başçıları ilə müqayisə edilməz dərəcədə nəfsigir, rüşvətxordur. Abadlıq-quruculuq işlərinə görə Zərdab rayonu digər rayonlarla müqayisə olunası deyil. Camaat qan ağlayır.

Lütvəli Babayevin psixoloji probleminin və tam savadsız olmasını nəinki bütün zərdablılar həttda demək olar ki, bütün Azərbaycan əhalisi bilir. Onun kənd yolu ilə gələn zaman özgəsinin hind quşlarını oğurlaması, yığıncaqda Qarabağa aid məlum savadsız çıxışını (youtubda var), mərhum qadının qəbrinə baxıb şəkildən həzz almasını, aprel şəhidinin ailəsinə verilmiş 500 manat pulu onların əlindən almasını, vətəndaşların mülkiyyətini başqa imkanlı şəxslərə saxta sənədlərlə satmasını, qəbul zamanı vətəndaşlarla kobud rəftar edib onları ələ salmasını ölkə mətbuatında hamı oxuyub.

Diqqət edin bu adam necə özünə arxayındır ki, yığıncaqların birində deyib ki, razılıq alınıb yaxın gönlərdə qonşu Ucar rayonuna icra başçısı vəzifəsinə təyin olunacam, ancaq buna baxmayaarq Zərdabıda mən idarə edəcəm.

Biz zərdablılar çox narahatıq ki, Qarabağı ermənilər, Zərdabı isə Lütvəli Babayev işğal edib rayonu yaman günə qoyub. İnsanlar bunun əlindən beziblər. İnsanların nifrətini qazanmış Lütvəli Babyevin korrupsiya cinayətləri baş alıb gedir.

Bu gün ən vacib məsələ belə başçısının korrupsiya əməllərinin araşdırılması və barəsində ciddi tədbirlərin görülməsidir.
Biz zərdablılar inanırıq ki, prezident cənab prezident İlham Əliyev yaranmış bu xoşagəlməz vəziyyəti şəxsən araşdırıb insanlara zülm verən, talançılıqla məşğul olan, psixoloji poblemi olan və  savadı olmayan Lütvəli Babayevin barəsidnə ciddi tədbirlər görəcək.
Zərdab rayon sakinləri
Abdullayev Rasim Tapdıq oğlu
Əliyev Famil Ağayusif oğlu
Ağayeva Səmayə Xalis qızı
Qəhrəmanova Fatma Kamal qızı
Səmədov Ramil Fəyyaz oğlu
Quliyev Bəturə Osman qızı
Babayeva Güllü Ağamusa qızı
Dadaşov Bəxtiyar Zeynal oğlu
Talıbova Təhminə Nəriman qızı
Musayev Əli Mövsüm oğlu
Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*