Əsas menu

Miri Yusif dünya çempionatının ulduz səfiri oldu 

Azərbaycanın əməkdar artisti, mügənni Miri Yusif 16 -22 sentyabrda Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri seçilib. Müğənni dünya çempionatına hazırlıq çərçivəsində yarışların təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək. Bunlarla yanaşı, çempionata həsr olunan bir sıra eksklüziv işlər də təqdim edəcək.

Xatırladaq ki, dünya çempionatının daha bir səfiri dünya çempionu, olimpiya mükafatçısı (1996, Atlanta), keçmiş gimnast Yana Batırşinadır. Hər iki ulduz səfir aprel ayında paytaxta baş tutmuş bədii gimnastika üzrə Dünya Kubokununu izləyib.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*