Əsas menu

Ərdoğan bəyan etdi: İraqla hərbi əməkdaşlıq olacaq 

20:16

İraqın Baş naziri Adil Əbdülmehdi Türkiyəyə səfərə gəlib.

Axar.az xəbər verir ki, Ankarada qonağın rəsmi qarşılanma mərasimi olub. İkitərəfli və çoxtərəfli görüşlərdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir Adil Əbdülmehdi birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, son aylar Türkiyə-İraq münasibətlərində nəzərəçarpacaq dərəcədə istiləşmə müşahidə olunur. Tərəflər arasında qarşılıqlı səfərlər intensivləşib. Türkiyə İraqın ərazi bütövlüyünü dəstəkləyir. Qardaş ölkə İraqdan öz ərazisindəki terrorçu qruplar, o cümlədən PKK və digər təşkilatlar ilə sərt mübarizə aparmasını tələb edir.

***

Biz İraqın şimalına uzanan ticarət dəhlizinin yaradılmasına önəm veririk.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Baş naziri Adil Əbdülmehdi ilə keçirdiyi mətbuat konfansında bildirib.

Ərdoğan İraqla hərbi əməkdaşlıq və güvən razılaşmasının əldə edildiyini bildirib.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*