Əsas menu

Bakıda tələbələrin davası ölümlə bitdi 

Bakıda kollec tələbəbələrinin davası ölümlə nəticələnib. Hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Belə ki, Bakı İdarəetmə və Texnologiya Kollecinin ikinci kurs tələbəsi Əsgərov Qalib Kamal oğlunun halı yoldaşları ilə etdiyi mübahisədən sonra pisləşib. Yerə yıxılan tələbə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni “Qafqazinfo”ya təsdiqləyən kollecin direktoru Faiq Şahbazlı hazırda araşdırm işinin getdiyini bildirib: “Olay kollecdən 100 metr kənarda günorta saat 13:00 radələrində baş verib. Dərsdə iştirak etməyən bir qrup tələbə mübahisə edib. Həmin an Qabil Əsgərovun halı pisləşib və yıxılıb.

Yoldaşları onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyini deyir. Bütün müdaxilələrə baxmayaraq tələbənin həyatını qurtarmaq olmayıb. Mən də bir az qabaq xəstəxanadan gəlmişəm. Hazırda hüquq mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Qısa müddət ərzində ölümün səbəbi daha dəqiq bəlli olacaq”.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*