Əsas menu

Milyonlar xərcləyən nazir kürəkəninin məhkəməsi oldu 

İranın əmək, kooperasiya və sosial rifah naziri Məhəmməd Şəriətmədarinin kürəkəni Məhəmməd Hadi Rəzəvi 1,07 trilyon rial (rəsmi məzənnə ilə 25,5 milyon dollar, qara bazar məzənnəsi 7,26 milyon dollar) əyləncəyə xərcləyib.

Trend-in məlumatına görə, bunu Tehran prokurorunun nümayəndəsi Rəsul Qəhrəmani İranın əmək, kooperasiya və sosial rifah nazirinin kürəkəni və 30 müttəhimin məhkəmə iclasında deyib.

R.Qəhrəmaninin sözlərinə görə, müttəhim Məhəmməd Hadi Rəzəvi Sərmayə bankının müdirlərinə rüşvət verərək, bu bankdan 2012-2015-ci illər arasında 107,5 milyard rial vəsait çıxarıb.

Prokurorluq nümayəndəsi əlavə edib ki, müttəhim həmin pulu əyləncəyə, xarici səfərlərə, lüks avtomobillərə və daşınmaz əmlakları satın almağa xərcləyib.

Məhəmməd Hadi Rəzəvi ona qarşı səsləndirilən ittihamları rədd edib.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*