Əsas menu

Şəfəq Hüseynliyə yeni vəzifə verildi 

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa Şurasının “İnsan hüquqları və idmançılar” üzrə xüsusi işçi qrupunun sədr müavini seçilib. Qurumdan verilən məlumata görə, qərar Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq qrupunun 50-ci iclasında qəbul edilib.

“İnsan hüquqları və idmançılar” qrupunun tərkibinə sədr, sədr müavini və 8 ölkələrin nümayəndələrindən ibarət üzvlər daxildir. Həmçinin, qrupa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Venesiya Komissiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər Avropa Şurası təşkilatlarının nümayəndələri də daxil ediləcək. Əlavə olaraq, Avropa İttifaqı, YUNESKO və WADA (Ümumdünya Antidopinq Agentliyi) müşahidəçi qismində öz nümayəndələrini təyin edəcək.
Qrupun əsas məqsədi antidopinq qaydalarının tətbiqi zamanı idmançıların hüquqlarının effektiv təmin edilməsi, onların ədalət mühakiməsinə maneəsiz çıxışı, insan hüquqlarının idmanda dopinqə qarşı mübarizədə qorunması, bu sahədə digər sənədlərin və təkliflərin hazırlanmasıdır.
Ş.Hüseynli (WADA) Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 46-cı iclasında da iştirak edib. Bu görüşdə müzakirə edilən əsas məsələlərdən biri mayın 14-də Kanadanın Monreal şəhərində keçiriləcək WADA-nın növbəti prezident seçkisinə hazırlıq olub.
Avropa Şurasının Antidopinq Konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb.
Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*