Əsas menu

Çingiz Abdullayevdən şok açıqlama: Azərbaycana qarşı nasistlər kimi hərəkət etdilər” 

“Liverpul”un məşqçisi Yurgen Klopp mütləq mənada peşəkardır və görkəmli mütəxəssisdir. Bu, doğrudan da belədir. Lakin onun Bakının seçilməsi ilə bağlı dedikləri mənə təsir etdi”.  Bizimxeber.az xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində xalq yazıçısı Çingiz Abdullayev yazıb.

“Onlar orda səhər yeməyində nə yeyiblər ki, final oyununun keçirilməsi üçün Bakını seçiblər?” – o soruşub. İndi artıq mən herr Kloppdan dəqiqləşdirmək istəyirəm. Mənim ölkəmin ünvanına belə həyasızcasına ifadələri işlətməyə özünə rəva görərkən o, səhər yeməyində nə yemişdi?

Sadəcə, alman Kloppa xatırlatmaq istəyirəm ki, nasional-sosializmin ideologiyasının əsasında elə xalqların “ari”lərə və məhvə məhkum olunmuş ikinci növə bölünməsi dururdu. Bütün bu slavyanların, yəhudilərin, qaraçıların. Əlbəttə ki, yox. O, belə vəhşi bəyanatlarla çıxış etmir. Lakin başqa ölkəyə və başqa xalqa çox güclü elementar hörmətsizlik hiss olunur!” – Çingiz Abdullayev yazıb.

Yazıçı həmçinin ingilis azarkeşlərinə Bakıda ehtiyatlı olmağı tövsiyə etmiş Böyük Britaniya XİN-in bəyanatına da toxunub.

“Böyük Britaniyanın sivilizasiyanın mədəniyyətində və inkişafında xüsusi rolu olub. Özünün dili, tarixi, ədəbiyyatı, musiqisi, elmi ilə. Mənim bu ölkəyə hörmətim sonsuzdur. Lakin turistlərin Bakıda gecə hücumlarından çəkinməli olması barədə bəyanatla çıxış etmək bir az çox yanlışdır. Mənə son illərdə yaxınlığında əcnəbilərin qarət olunduğu bar və restoranları göstərin. Heç olmasa, bir neçəsini. Yoxsa sübut etmək lazımdır ki, Bakı bəzi rayonlarına gecə vaxtı girməyin heç arzuolunan olmadığı Londona nisbətən qat-qat daha təhlükəsiz şəhərdir? Bu gün Bakı MDB ölkələri arasında ən təhlükəsiz şəhərlərdən biridir. Son illər ərzində biz bütün dünyaya yayımlanan xeyli beynəlxalq tədbir keçirmişik.

Və mən hər hansı bir yerdə əcnəbilərlə bağlı bir hadisə barədə eşitməmişəm. Əslində, tam tərsidir. Bəzilərinin Avropanın qitə hissəsinə buraxılmadığı qızğın ingilis fanatlarından ehtiyatlanmaq lazımdır. Belə olmaz, centlmenlər. Heç ədalətli deyil. Mən kor-koranə vətənpərvər və millətçi deyiləm. Lakin nümayişkaranə şəkildə və ədalətsizcəsinə ölkəmi və xalqımı incidəndə, sadəcə olaraq, susa bilmirəm”, – o deyib.

Bizimxeber.Az






2 Şərhlər Çingiz Abdullayevdən şok açıqlama: Azərbaycana qarşı nasistlər kimi hərəkət etdilər”

  1. VETERAN-CAPTAIN dedi ki:

    Гарабаг Чемпионлар лигасында групда Ливерпулла душсе герр КЛОПП Бакыя гелер

  2. VETERAN-CAPTAIN dedi ki:

    Ливерпула чохдан азеркешлик едирем.Герр Клопп финалда Мадридде ойнайачаг.Бура нийе сохулур? Мен истердим ки,Айнтракт ФРГ Бакыя гелсин.Футбол прогнозлащдырмаг четиндир.Клопп данышыгын билмеди йегин гара пиво ичиб..Гуннес

Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*