Əsas menu

Final matçının hakimləri açıqlandı 

Futbol üzrə Azərbaycan Kubokunun final matçının təyinatları açıqlanıb.  “Yeni Sabah” xəbər verir ki, “Qəbələ” və “Sumqayıt” komandaları arasındakı həlledici qarşılaşma çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədova həvalə olunub.

Ona yan xətt hakimləri Rahil Ramazanov və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Səbuhi Bayramov yerinə yetirəcək.  Görüşdə AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.

Qeyd edək ki, “Qəbələ” – Sumqayıt” matçı mayın 19-da Naxçıvan Muxtar Respublikasının Stadionunda olacaq.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*