Əsas menu

Gürcüstanın Azərbaycana olan borcu açıqlanıb 

Bu il mayın 1-nə Gürcüstanın Azərbaycana olan borcu 7,435 mln. ABŞ dolları təşkil edib.“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.Hesabata əsasən, bu göstərici aprel ayı ilə müqayisədə dəyişməz qalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu aylıq müqayisədə 13, 323 mln. dollar azalaraq 5 375, 651 mln. dollar təşkil edib. Bu məbləğin 5 209, 360 mln. dolları hökumətin payına düşür.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyü dəyişməz olaraq qalıb. Bu siyahıya Almaniya (317,830 mln. dollar), Fransa (246,510 mln. dollar) və Yaponiya (210, 691 mln. dollar) daxildir.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 14, 273 mln. dollar, 58, 773 mln. dollar və 8, 305 mln. dollar təşkil edib.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*