Əsas menu

Lüis Hemilton: “Lekler Bakıda rahat qələbə qazana bilərdi” 

“Şarl Lekler təsnifat mərhələsində səhvə yol verməsəydi, Azərbaycanda rahat qələbə qaza bilərdi”.“Report” xəbər verir ki, bunu “Mercedes”in pilotu Lüis Hemilton “Formula” üzrə İspaniya Qran-prisi ərəfəsində “RaceFans”a deyib. Britaniyalı sürücünün fikrincə, “Ferrari”dən olan rəqibi Lekler 26 – 28 apreldə Bakıda keçirilmiş SOCAR Azərbaycan Qran-prisində yaxşı çıxış edib: “Ferrari”nin orta təkərlərlə yarışa başlamasına təəcüblənmirəm. O, sıralama turunda 3-cü bölümdə olsaydı, poulu qazanardı. Bizim hesablamalarımıza görə, Fettel Bakıda Bottasdan sürətli idi. Lekler isə Fetteldən daha sürətli çıxış edib. Elə traslar var ki, orada daha sərt təkərlərlə start götürmək daha yaxşıdır. Lekler yarışa “medium” təkərlərlə pouldan başlasaydı, yəqin ki, biz onu heç görməyəcəkdik”.

Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisində “Mercedes” komandasının pilotu Valteri Bottas qalib olub. Onu komanda yoldaşı Luis Hamilton və “Ferrari” sürücüsü Sebastyan Fettel ardıcıllıqla izləyiblər. Sıralama turunda qəza keçirən Şarl Lekler 5-ci olub. Buna rəğmən, monakolu pilot ən sürətli dövrənin müəllifi kimi əlavə 1 xal qazanıb.

İspaniya Qran-prisi bu gün start götürəcək. İlk gündə 2 sərbəst yürüş, mayın 11-də sərbəst yürüş və sıralama turu, ertəsi isə yarış olacaq.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*