Əsas menu

Cümə axşamı, İyul 11th, 2019

 

Gömrükdə Nərimanovun yeganə varisinə ŞOK YAŞATDILAR — FOTOLAR

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanovun yeganə varisi Əliababa Nərimanov Vətənə gəlib.  Nəriman Nərimanovun qardaşı oğlu olan 88 yaşlı Əlibaba Nərimanov Azərbaycan ərazisinə daxil olarkən “Sınıq Körpü” gömrük postunda problem yaşayıb.  Belə ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məsul əməkdaşları Şimali Osetiya vətəndaşı olan Əlibaba Nərimanova məxsus “VAZ 2106” markalı avtomobil üçün nəzərdə tutulan gömrük rüsumunun əvəzinə ondan “Mercedes-Benz” markalı avtomobil üçün nəzərdə tutulan 4800 rus rublu (təqribən 125 manat) pul alıblar. Həmçinin, ona məxsus olan “VAZ 2106” markalı avtomobil “Mercedes-Benz” markası kimi sənədləşdirilib. Daha sonra Əlibaba Nərimanov Yevlax şəhərinə yola düşüb. QeydƏtraflı oxu


Azərbaycanda pomidorun qiyməti sürətlə bahalaşır

Hazırda bazarlarda 1 kiloqram pomidorun qiyməti 1.20 – 1.60 manat arasında dəyişir. Bu, ötən illə müqayisədə 30-40 faiz bahadır. Yerli məhsulların xeyli hissəsi bazara çıxarılsa da, bu, qiymətlərin enməsinə təsir etməyib. Xaçmazda əkilən pomidorun bazara çıxarılmasına da xeyli vaxt var. Xüsusən hava şəraitinin əlverişli keçməməsi Xaçmaz pomidorunun bazara vaxtında çıxarılmasına təsir edib. Mütəxəssislər yerli məhsulun bazara çıxmasının da qiymətlərə təsir etməyəcəyini deyirlər. Çünki sahələrdə xəstəliklərin olması və həşəratların məhsula ziyan vurması məhsuldarlığı xeyli aşağı salıb. Təsərrüfatçılar isə bir ay əvvəl Azərbaycana kütləvi axın edən kəpənəklərin pomidor sahələrinə ciddi zərər vurduğunuƏtraflı oxu


İlham Əliyevdən Almaniya ilə bağlı sərəncam

Prezident İlham Əliyev AzərbaycanınAlmaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədi ilə Azərbaycanın Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılması qərara alınıb.


Palatanın səhvini məhkəmə düzəltdi – cərimə ləğv edildi

Maliyyə Bazarlarına Nəzarət Palatasının “Soçi” MMC-nin 635.31 manat cərimələnməsi barədə yazdığı protokolla bağlı çıxarılmış qərar ləğv edilib. Bizimxeber.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsi şirkətin İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4 maddəsi ilə təqsirli bilinməsi barədə Nəsimi Rayon Məhkəməsinin 6 may 2019-cu il tarixli qərarını ləğv edib. İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyutaƏtraflı oxu


Nazir müavini bahalaşmadan danışdı: “Təlaşa ehtiyac yoxdur”

“Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşması ilə bağlı təlaşa ehtiyac yoxdur”. Bizimxeber.az əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib. O, bu barədə bəzi məhsulların qiymətinin artmasına münasibət bildirərkən danışıb. “Kənd təsərürfatı məhsullarının bazarı liberaldır. Qiyməti tələb-təklif tənzimləyir. Biz nə istehsalçının, nə də istehlakçının ziyana düşməsini istəyirik. Sadəcə, bəzi məhsullar mövsümdən və iqlim şəraitində asılı olaraq bahalaşır və yaxud ucuzlaşır”, – deyə o qeyd edib. “Bu yaxınlarda dövlət kartof və soğanın ixracına məhdudiyyətlər tətbiq etdi. Zərurət yaranarsa, daxili bazarın tənzimlənməsi ilə bağlı bu kimi tədbirlərƏtraflı oxu


Mərkəzi Bank 10 manatlıq əskinaslarla bağlı problemə aydınlıq gətirdi – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, yeni onluq əskinasların istifadəsində problem yaranıb. Belə ki, bir çox bankomatlar və ödəmə terminalları hələ də yeni əskinasları tanımadığı üçün istifadəçilər onları banklarda dəyişmək məcburiyyətində qalır.  İctimai nəqliyyatda  sürücülər də onu götürməkdən çəkinir və köhnə 10-luq əskinasları tələb edir. Mərkəzi Bankdan  problemlə bağlı sorğusuna cavab olaraq bildirilib ki, yeni onluq əskinas məhdudiyyətsiz istifadə olunmalıdır: “Azərbaycan Mərkəzi Bankı tərəfindən cari ilin aprel ayında nağd ödəniş avadanlıqlarında milli pul nişanlarının qəbulu, eləcə də tədavülə buraxılmış yeni 10 manatlıq pul nişanlarının nağd ödəniş avadanlıqlarında adaptasiyası barədə ictimaiyyət məlumatlandırılıb. Bir dahaƏtraflı oxu


319 sayılı bağçanın müdiri valideyndən rüşvət tələb edir (İDDİA)

Sabunçu rayonu, Ramana kəndində yerləşən 319 sayılı dövlət bağçasından saytımıza şikayət daxil olub. Valideyn tərəfindən EkoNews-a daxil olan şikayətdə ondan rüşvət tələb edildiyini iddia edir. Şikayəti olduğu kimi təqdim edirik:  “Övladımı Sabunçu qəsəbəsi, Ramana kəndində yerləşən 319 sayılı dövlət bağçasına yazdırmaq istəyirdim. Bağçanın direktoru Vahabova Mailə Əziz qızı uşağı baxçaya yazdırmaq üçün 200 manat, aylıq isə 20 manat ödəməli olduğumu dedi”. Məsələ ilə bağlı olaraq 319 sayılı bağça ilə əlaqə saxladıq. Zəngimizə özünü tibb bacısı kimi təqdim edən Aygün xanım bağça direktorunun bizimlə 15 dəqiqə sonra əlaqə saxlayacağını bildirdi. Lakin, üzərindənƏtraflı oxu


Azərbaycandakı dəhşətli qəzanın VİDEOSU YAYILDI

06.07.2019-cu il tarixində Lənkəranın Gərmətük kəndində baş verən ağır yol qəzasının görüntüləri yayılıb.  “Mercedes” markalı minik avtomobili “QAZ-52” markalı maşın toqquşub. Qəza nəticəsində “QAZ-52” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Türkəkəran kənd sakini, 1993-cü il təvəllüdlü Hakim Tahirov hadisə yerində ölüb. Xəsarət alanlar 1964-cü il təvəllüdlü Ehtiram Nurullayev və 1978-ci il təvəllüdlü Rasim Quliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.


Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb. Bu barədə Fonddan məlumat verilib.  Bildirilib ki, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək. Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi. O, bu gün xəstəxanadan evə buraxılıb.


Nərimanovda turistlər avtoyuma məntəqələrinin əlindən bezib

Bakının strateji əhəmiyyət kəsb edən rayonlarında vəziyyətin həmişə diqqətdə saxlanılması daha vacib olub. Demək olar ki, paytaxta gələn xarici qonaqlar əsasən bu rayonların ərazisindəki otellərdə qalır, bu ərazilərdə olan-olmazı görürlər. Belə rayonlardan biri də, Bakının Nərimanov rayonudur. Əslində bu rayon zaman-zaman öz təmizliyi və səliqə-səhmanı  ilə digərlərindən fərqlənib. Sonradan isə vəziyyət dəyişdi.  Yəqin ki, turistlər bu ərazilərdə gördüklərindən heç də məmnun deyillər. Abdin Fərzəliyevin bu rayona icra başçısı təyin olunması vəziyyəti kökündən dəyişdi. Rayon ərazisindəki küçələrin bərbad olması, ağacların kəsilərək ərazilərin baha qiymətə satılması adi hala çevirilib. Bütün bunlar azmışƏtraflı oxu


Şərifov Vüsal Kərimlini qoruya bilmir

Ölkənin maliyyə bazarına nəzarət etməli olan bir qrum Maliyyə Nazirliyi və onun rəhbəri Samir Şərifovun fəaliyyəti bütün formalarda göz qabağındadır. Həmçinin bir ara vitse prezident olmaq istəyən, arzularının hər gün puç olduğunu hiss edən Samir Şərifovun diğər layihələri də demək olar iflasa uğrayıb.Azərbaycan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin məhkəmədə səsləndirdiyi ittihamlar, məhkəmə prosesslərində nazir Samir Şərifovun adını dəflərlə hallandırması kimi faktlar nazirin reytinqini demək olar sıfra endir və illərdir Şərifov özünə gələ bilmir. Həmçinin son günlər kadrı sayılan Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimlinin fəaliyyətsizliyi ilə bağlı gəlişmələr göstərirƏtraflı oxu


DGK-da daha bir KORRUPSİYA FAKTI – “Taleh-A.T.” Müəssisəsinə nədən etimad göstərilir?

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin olunduqdan sonra vaxtaşırı gömrük əməkdaşlarının qanunsuz əməllərinin ifşa edilməsi haqqında məlumat yayılır. Bununla da gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması görüntüsü yaradılır. Gömrük orqanlarında korrupsiyaya qarşı mübarizə aparılması görüntüsü yaradan son məlumat Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun “Liebherr-Azeri LLC” MMC-nin ünvanına Almaniya Federativ Respublikasından daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etməsinin ifşaƏtraflı oxu


Vüqar Bayramovdan dollarla bağlı vacib açıqlama-VİDEO

“Lari büdrədi, manatın taleyi necə olacaq?” İqtisadçı ekspert Vüqar Bayramov son günlərin ən aktual məsələsinin bu sual olduğunu qeyd edib. Ekspert Gürcüstanda baş verən hadisələrin milli valyutaya təsirindən bəhs edib: “Bu, son günlər bizə ən çox müraciət olunan sualdır. Gürcüstanda artıq 1 dollar almaq üçün 2.87 lari ödəmək lazımdır. Düz bir il əvvəl Tbilisidə 1 dollar 2.4 lariyə dəyişdirilirdi. Bu, o deməkdir ki, son 1 ildə lari 17 faiz dəyər itirib. Gürcüstana ildə 1.5 milyon turist göndərən Rusiyanın gürcü mallarının idxalını əngəlləyəcəyi təhlükəsi lariyə təzyiqi artırır. İki ölkə arasında gərginliyin artacağı haldaƏtraflı oxu


5 idmançımız cəzalandırıldı – Dopinqə görə

Azərbaycanın daha 5 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb. Bunlar cüdoçular Rüfət ismayılovla Aliyə Müslümova, eləcə də atlet Azər Əhmədov, velosipedçi Kiril Pozdnyakov və ağırlıqqaldıran Orxan Zeynalovdur.  Bütün idmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Orqanizmində metilstenbolon maddəsi tapılan İsmayılov 1 illik diskvalifikasiyaya məruz qalıb. Onun cəzası 22 may 2018-ci il tarixindən hesablanıb və artıq həmin müddət başa çatıb. Mürsəlova isə furosemid maddəsinə görə 24 aylıq cəzaya mərzu qalıb. Onun cəzası 11 aprel 2019-cu ildən hesablanmağa başlanıb. Orqanizmində metandienon və mestanolon metabolitləri üzəƏtraflı oxu


Lalə Şövkət nə işlə məşğuldur?

Keçmiş dövlət katibi, Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyeva uzun müddətdir ki, ictimaiyyət arasında görünmür. Onun sabiq prezident Ayaz Mütəllibovun xanımının dəfn mərasimində iştirak etməməsi də nəzərdən qaçmadı. Lalə xanımın xeyli zamandır ki, mediadan uzaq olmasının əsas səbəbi nədir? Qarşıda  nə kimi planları var?  Olmaya xanım siyasətçi siyasi karyerasını bitirib? Bizimxeber.az xəbər verir ki, bu barədə Modern.az-a Lalə Şövkətin yaxın silahdaşı, ALP sədri  Əvəz Temirxan danışıb. Əvəz Temirxan bildirib ki, Lalə Şövkətin siyasi taktikası mətbuatsız işləməkdir və hazırda onun böyük  planı var. “Mətbuata böyük hörməti olsa da, o mediaƏtraflı oxu


“Azərbaycanda islami dəyərlərin qorunmasına xüsusi əhəmiyyət verilir”- İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “İslam Sivilizasiyası Qafqazda” adlı II beynəlxalq simpozium iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov tədbir iştirakçılarının diqqətinə çatdırıb.  Müraciətdə deyilir: “Hörmətli simpozium iştirakçıları! Sizi ölkəmizin paytaxtı Bakı şəhərində salamlamaqdan məmnun olduğumu bildirir, hər birinizə ən səmimi arzu və istəklərimi yetirirəm. Etnik-mədəni müxtəlifliyi və təbii coğrafi zənginlikləri ilə dünyanın unikal güşələrindən olan Qafqazın son 1400 illik tarixi İslam dini ilə bağlıdır. Azərbaycanda, o cümlədən Qafqazın müxtəlif bölgələrində bu dinə məxsus çoxsaylı maddi və qeyri-maddi mədəniyyət nümunələriƏtraflı oxu


“Ziya Məmmədov tövbəsini pozarsa, o, qamçılanacaq” — Məscid imamından ŞOK AÇIQLAMA

İmam-Hüseyn məscidinin imamı, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov sabiq nəqliyyat naziri Ziya Məmmədovun namaz qılıb, ibadət etməsindən danışıb.  Hacı Əbdül Əbdülov Demokrat.az-a açıqlamasında Ziya Məmmədovu yanına tövbə etməyə çağırıb: “Tövbə qapıları hər zaman açıqdır, Allah böyükdür, bağışlayandır. Mən arzu edirəm ki, Ziya Məmmədov yanıma gəlib tövbə etsin. O zaman Allah da onun günahlarını bağışlayacaq. Yəqin ki, Ziya Məmmədov indiyədək pis əməllərə bulaşmayacağı barədə tövbə etməyib. Ona görə də günahları var”. Hacı Əbdül Əbdülov əlavə edib ki, əgər Ziya Məmmədov tövbəsini pozarsa, onun qamçılanması qaçılmazdır: “Ziya Məmmədov yanıma gəlib birinci vəƏtraflı oxu


Həkimlərin maaşları artırılacaq

“Gələn ildən Azərbaycanda həkimlərin əmək haqqı artacaq və bu, iki hissədən ibarət olacaq”. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib. “Biz bunu pilot layihədə tətbiq etmişdik. Amma yeni əmək haqqı pilot layihədəkindən fərqli olacaq. Çünki, pilot layihə zamanı qarşılaşdığımız çətinliklərlə bağlı növbəti ildən işimizi daha da təkmilləşdiriləcəyik. İki hissə isə ondan ibarətdir ki, bir tərəfdən həkimin aldığı maaş artacaq və bu sabit olacaq. Digər tərəfdən isə həkimin göstərdiyi xidmətə görə onun əmək haqqına əlavələr olacaq”, – Z.Əliyev bildirib.


Zahid Oruc yoxlamalara başladı

Deputat Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzi  hökumət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsinə dair sorğu keçirir. Sorğuda dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətinə dair jurnalistlərin və digər maraqlı tərəflərin fikirləri müxtəlif istiqamətlər üzrə öyrənilir. Qeyd edək ki, hökumət qurumlarının saytlarında informasiya hansı tezliklə yenilənməsi, mətbuat xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsi, lazım olan informasiyanın qurumlardan nə dərəcədə rahatlıqla tapıla bilməsi kimi bir sıra suallar sorğuda öz əksini  tapıb.


Azercell-dən korporativ müştərilərə veb-sayt yaratmaq fürsəti! (R)

Müasir texnologiyalar və rəqəmsal həllərin tətbiqi ilə müştərilərin gündəlik və işgüzar həyatını daha da rahat etməyi hədəfləyən Azercell Telekom bu sıradan olan daha bir yeniliyə imza atıb.  Belə ki, şirkət dünyanın rəqəmsal xidmətlərini korporativ müştərilərinə əlçatan etmək məqsədi ilə kiçik və orta sahibkarlar üçün “Business Web” – veb-sayt yaratma xidmətini istifadəyə verib. Bu xidmət vasitəsilə Azercell korporativ müştərilərinə öz bizneslərini veb-sayt kimi rəqəmsal ünsiyyət vasitəsinin köməyilə inkişaf etdirməkdə dəstək olacaq. Bulud texnologiyaları üzərindən çalışan “Business Web” xidməti çərçivəsində təklif edilən sayt idarəetmə həlli “Windows” və “Mac OSX” əməliyyat sistemlərini dəstəkləyir.Ətraflı oxu