Əsas menu

Çərşənbə axşamı, May 21st, 2019

 

“Meydan TV”nin əməkdaşına qoyulmuş məhdudiyyət ləğv olundu (FOTO)

“Meydan TV”nin xaricdə olan əməkdaşının sərhədkeçməyə görə məhdudiyyəti ləğv olunub. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində “Meydan TV” internet media kanalının vəzifəli şəxsləri barəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə zərurətin aradan qalxması ilə əlaqədar Məmmədov Orxan Çingiz oğlu barəsində tətbiq edilən sərhədkeçməyə məhdudiyyət tədbiri mayın 13-dən ləğv olunub.


Poroşenkoya cinayət işi açıldı

Ukraynanın sabiq prezidenti Petro Poroşenkoya qarşı cinayət işi açılıb. TASS xəbər verir ki, Ukrayna Dövlət İstintaq Bürosu sabiq dövlət başçısını ötən il 25 noyabrında Kerç boğazında ölkənin hərbi donanmasına məxsus katerlərin Rusiya hərbi gəmilərinin hücumuna məruz qalması işində ittiham edir. Məlumata görə, hakimiyyət orqanlarında yüksək vəzifələr tutan şəxslərin dövlət xəyanəti, Konstitusiya quruluşunu zorla dəyişdirilməsi və ya devrilməsi, hakimiyyət və ya xidməti səlahiyyətləri həddini aşma maddələrində nəzərdə tutulan əməlləri törətmələri ehtimalı ilə bağlı təhqiqata başlanılıb.


Mətbuat Şurasının təşəbbüsü ilə dəyirmi masa….

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib.  Toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, bir qayda olaraq Azərbaycandakı bütün mötəbər toplantılar, idman yarışları vaxtı ölkəmizə münasibətdə mənfi rəy yaratmaq yolu seçilir. Eyni xoşagəlməz tendensiya yenə nəzərə çarpmaqdadır. Bu, mayın 29-da UEFA Avropa liqasının finalının Bakıda keçirilməsi ilə əlaqədardır. «Dünyanın bir sıra kütləvi informasiya vasitələrindəki təqdimatlarda insanlarda ölkəmizlə bağlı bir növ, qorxu yaradılır. Azərbaycanın imici barədə mənfi rəy formalaşdırılır», – deyənƏtraflı oxu


“Avromed”də nə baş verir? Cavanşir Feyziyevin “B” planı nədir?

Bir neçə gün əvvəl ölkənin bir neçə xəbər portalında “Avromed” dərman firmasının banisi, millət vəkili Cavanşir Feyziyev barəsində maraqlı məlumat yayıldı.  Çox keçmədən əksər saytlardan sürətlə yığışdırılan bu xəbərdə qeyd olunurdu ki, “Avromed” dərman firmasının rəhbəri, deputat Cavanşir Feyziyev  hazırda həbsdə olan “Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayevdən dəyəri 10 milyonlarla ölçülən obyekt alıb. Bu fakt ölkə gündəmini tez bir zamanda zəbt etdi və məsələdə bir neçə şəxsin, o cümlədən məşhur müğənni Gülyaz Məmmədovanın adı keçdi. Bu arada millət vəkili Cavanşir Feyziyev iddia etdi ki, 2015-ci ildə növbəti parlament seçkilərindən sonra “Avromed”də təsisçilik hüququndan imtina edibƏtraflı oxu


“Tarqovı” bağlanmayıb” – Meriadan reaksiya

Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər yerli sakinlərin “Torqovı” kimi tanınan Nizami küçəsinə girişinə qadağa qoyulmasına dair yayılmış xəbərlərə münasibət bildirib. İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov Bizimxeber.az.az açıqlamasında bildirib ki, bu barədə mətbuatda verilən məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib: “Belə məlumatlar təxribat xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyundur. Onu hamı sevir və hər hansı məhdudiyyət yolverilməzdir. Əksinə, həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək”.


“Artıq pul alırlar” — “Grandmart”dan ŞİKAYƏT

“Grandmart” marketlər şəbəkəsinin metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığındakı filialından şikayət var. Vətəndaş alınan mallara görə əlavə pul hesablanmasından narazıdır.  “Təxminən 2 manata qədər fərq yarandı. Təbii ki, şikayət edib pulumu aldım. Amma o qədər baxmayan adamlar var ki… Diqqətli olun”, deyə şikayətçi xəbərdarlıq edib.(Foodinfo.az)


AFFA: Sakinlərə heç bir məhdudiyyət qoyulmayacaq!

“Avropa Liqasının final qarşılaşması ilə bağlı paytaxtın bəzi küçələrində məhdudiyyət qoyulması ilə bağlı informasiya doğru deyil”. Bu sözləri matc.az saytına açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib. Assosiasiya rəsmisi bildirib ki, mayın 25-dən 31-dək Bakının bəzi mərkəzi küçə və meydanlarında vətəndaşların sıx hərəkətinə məhdudiyyət qoyulmayacaq: “Final oyunu ərəfəsində Bakı şəhərinin hər hansı ərazisində vətəndaşların hərəkətinə məhdudiyyət qoyulması ilə bağlı nə oyunun yerli Təşkilat Komitəsinin, nə də UEFA-nın belə bir istəyi və ya tələbi olub. Bu məlumatın hardan qaynaqlandığı barədə informasiyamız yoxdu”. Qeyd edək ki, Avropa Liqasının final oyunu mayınƏtraflı oxu


Nikoil Bankın əməkdaşları müştərini 2 körpə uşağının gözləri qarşısında döydülər — TƏFƏRRÜAT

Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində Nikoil Bank əməkdaşları tərəfindən vətəndaş Zaur Civəzadə evində 2 körpə uşağının gözləri qarşısında döyülüb.  Bu barədə zərərçəkmiş özü şikayət edib. Zaur Civəzadə bildirib ki, Nikoil Bankın Tural adlı əməkdaşı Amil adlı idmançı ilə yaşadığı evə gələrək, ona zor tətbiq ediblər: “Bir neçə il əvvəl Elxan adlı dostum Nikoil Bankdan ipoteka krediti götürərək, Şüvəlanda ev alıb. Hazırda öz evim təmir olunduğu üçün dostumun icazəsilə həmin evdə yaşayıram. Mayın 16-da 2 nəfər bank əməkdaşı qaldığım evə gələrək, heç bir məhkəmə qərarı olmadan məni evdən zorla çıxartmağa çalışıb. MənƏtraflı oxu


Mehriban Əliyeva onu qonaq çağıran sakinin evinə getdi – Fotolar

Mayın 21-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olublar. Mehriban Əliyeva və Leyla Əliyeva əvvəlcə Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbinə gəliblər. Onlar bu təhsil ocağının siniflərinə baxıblar, müəllim və şagirdlərlə görüşüblər. Sonra Mehriban Əliyeva və Leyla Əliyeva Kürdəxanı qəsəbəsinin sakini Telman Əliyevin ailəsində qonaq olublar. Qeyd edək ki, Telman Əliyev ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən ziyarətgahda olarkən Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşüblər və Mehriban Əliyevanı evlərinə çay süfrəsinə dəvət ediblər. Telman Əliyevin ailəsiƏtraflı oxu


“Babək”də yeni yol yene çökdü – Qəzalar can alır -FOTOLAR

Bakı şəhəri, Babək prospektində yolun çökməsi səbəbindən daha bir avtomobil qəzaya uğrayıb. Bu barədə “Report”a hadisə şahidləri məlumat veriblər. Məlumata görə, “Mercedes” markalı avtomobil həmin yerdən keçərkən qəzaya düşərək zədələnib. Qeyd edək ki, yol iki gün əvvəl çöküb. Yolun çökməsindən indiyədək həmin ərazidə bir neçə avtomobil ziyan görüb.


Deputatda Tahir Budaqova sərt irad “Azərbaycanda nəyin qiyməti azalıb, əksinə, artıb”

Deputat Vahid Əhmədov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında – “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı sərt çıxış edib. Millət vəkili Azərbaycanda qiymət artımının səviyyəsi ilə ilə bağlı açıqlanan statistik rəqəmlərə etiraz edib. O, rəqəmlərin həqiqəti əks etdirmədiyini deyib: “Büdcənin icrası ilə bağlı sənəddə göstərilir ki, Azərbaycanda istehlak bazarında qiymət azalıb. Azərbaycanda nəyin qiyməti azalıb?! Əksinə, qiymət artıb. Bilmirəm, Statistika Komitəsinin sədri bazara gedib, ya getməyib, danışanda da elə danışmaq lazımdır ki, inandırıcı olsun”. Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin sədriƏtraflı oxu


Dövlət Gömrük Komitəsi əmri geri qaytardi? – Nə baş verir?

Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bəzi media qurumlarda yalnış şərh olunan məlumatlara münasibət bildirib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, buna görə gömrük əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilərək cəzalandırılması ilə bağlı məlumatı bir sıra media qurumları tərəfindən yanlış şərh olunub və həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Belə ki, bir sıra kütləvi informasiya vasitələri hər hansı fakta söykənmədən tutduğu vəzifədən azad edilən “Qırmızı Körpü” gömrük postu rəisinin Rəşad Babayev olduğuna dair iddiaların yer aldığı məlumatlar yayımlayıb. Dövlət Gömrük Komitəsi bildirir ki,Ətraflı oxu


“Niyə susuruq, niyə susursunuz? Ayıb olsun bizə!” – Mübariz Mənsimov

“Dünən aldığım xəbər məni dəhşətə saldı. Rusiyada fəaliyyət göstərən və fikrimcə, Azərbaycanı orada layiqincə təmsil edən jurnalist Fuad Abbasov Rusiya polisi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib. Bu günlərdə Azərbaycana ekstradisiya olunacaq. Bu, nə biabırçılıqdır?!”. Bunu “Palmali” Holdinqin prezidenti Mübariz Mənsimov deyib. O, bildirib ki, F. Abbasov hansı cinayəti törədib ki, bu formada həbs olunub? “Adam öldürüb? Narkotik qaçaqmalçılığı ilə məşğul olub, yoxsa terrorcudur?! Nə edib axı?! Biz necə insanıq ki, öz vətəndaşımıza sahib çıxmırıq?! Bu adam orada gördüyüm mərd və dürüst jurnalistlərdən biridir ki, orada Azərbaycan naminə kəsərli qələmi, qətiyyətliƏtraflı oxu


Fədayə Laçının qaçırmağa çalışdığı “Qoca”nın qəbri – Video

2017-ci ildə həbsdən qaçan, daha sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilən “Qoca” ləqəbli Etibar Məmmədovun məzarının görüntüləri yayılıb. “Yeni Sabah” avtoritetin məzarının görüntülərini əldə edib. Kriminal avtoritetin məzar daşı fərqliliyi ilə seçilir. Belə ki, onun məzar daşında kriminal aləmin nişanları əks olunub. Bundan başqa, Hacıqabuldan olan kriminal avtoritetin ləqəbi də onun məzarına həkk olunub.


Şeyx 3 oğlu eyni gündə evləndirdi – FOTO

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, həmçinin Dubay şeyxi Məhəmməd bin Rəşid Əl Maktum 3 oğlunu eyni gündə evləndirib. Bizimxeber.az  xəbər verir ki, Dubayın 36 yaşlı varisi Həmdan bin Məhəmməd Əl Maktum Şeyxa bint Saed bin Tani Əl Maktum, 35 yaşlı Şeyx Maktum bin Məhəmməd Şeyxa Məryəm bint Butti Əl Maktum, 32 yaşlı Şeyx Əhməd bin Məhəmməd isə Şeyxa Midya bint Dalmuc Əl Maktumla ailə həyatı qurub. qaynar.info


Zərdab sakinləri prezidentə səsləndi – “Lütvəli Babayevi işdən çıxarın…”

Zərdab rayonun bir qrup sakini Bizimxeber.az-a icra başçısı Lütvəli Babayevin əməlləri ilə bağlı müraciət ünvanlayıb. Sakinlər ölkə başçısı İlham Əliyevdən icra başçısını rayondan uzaqlaşdırılmasını xahiş ediblər.  Müraciəti olduğu kimi təqdim edirik! Bu gün hər bir vicdanlı zərdablının arzusu Lütvəli Babayevin icra başçısı vəzifəsindən uzaqlaşdırılmasıdır. Bəlkə də Azərbaycanın heç bir rayonunda belə bir idarəetməni bacarmayan icra başçısı yoxdur. Uzun illərdi zərdablılar Lütvəli Bbayevin nə vaxt işdən çıxarılacağını səbirsizliklə gözləyirlər. Lütvəli Babayev düz 12 ildir ki, Zərdabın icra başçısı vəzifəsindədir. On iki il əvvəlki vəziyyəti ilə indiki vəziyyəti müqayisə edəndə rayonun hansıƏtraflı oxu


“Diqlas”ı hazarladılar – Söküntü başlayır – FOTOLAR

Martın 26-da yanğın baş verən “Diqlas” Ticarət Mərkəzinin söküntüsünə başlanılıb. “Yeni Müsavat”ın əməkdaşı ərazidə olduğu zaman müşahidə edib ki, ticarət mərkəzinin qarşısında olan piyada keçidinin girişləri bağlanılıb. “Diqlas”ın qarşısında avtomobillərin hərəkəti məhdudlaşdırılmasa da, piyadaların əraziyə buraxılması yasaqlanıb. Yanğından sonra ticarət mərkəzi polis tərəfindən qoruyucu sədlərlə əhatələnib. Hazırda isə həmin sədlər ticarət mərkəzinin yalnız önündədir. Digər ətraflara isə dəmirdən qoruyucu hasar çəkilib. Yanan ticarət mərkəzinin arxa hissəsinə tikinti texnikaları gətirilib. Orada hələ ki xırda söküntü işləri aparılır. Eyni zamanda ərazidən yanan konstruksiyanın qalıqları da çıxarılır. Binanın əsas hissəsinin söküntüsünə isə bu həftəƏtraflı oxu


İlham Əliyev Bakıda marketdə (FOTOLAR)

Prezident İlham Əliyev bu gün Sabunçu rayonunda olub. Sabunçu dəmiryolu vağzalı kompleksinin açılışında iştirak üçün rayona yollanan ölkə başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb, onlarla söhbət edib.  Bundan başqa, prezident ərazidə yerləşən ərzaq mağazalarından birinə də baş çəkib.


Rusiya saxlanılan azərbaycanlı jurnalisti polislər döyüb (FOTO/VİDEO)

Rusiyada yaşayan jurnalist Fuad Abbasovla bağlı vəziyyət gərginləşib. Bu barədə musavat.com-a onun vəkili Elman Paşayev məlumat verib. Vəkilin sözlərinə görə, bu gün təcridxanada saxlanılan jurnalistlə görüşüb.   F.Abbasov vəkilinə bildirib ki, onu mayın 16-da çox ağır şəkildə, qəddarcasına döyüblər: “O internetə qoyulan fotolar düzgündür. Fuad Abbasov mayın 16-da çox sərt şəkildə döyülüb. Küçədə hüquq-mühafizə orqanı əməkdaşları onu qəddarcasına döyüb. Onlardan ikisi jurnalisti döyüb, biri isə bu hadisənin video və fotosunu çəkib. O fotoların internetdə yayılmasının əsas səbəbi isə sifarişçiyə “missiyanın” yerinə yetirildiyini sübut etmək olub. Adətən sifariş verənlər sübut istəyirlər ki,Ətraflı oxu


Azercell şirkəti “Optimal Elektronika” MMC-nin yeni rəqəmsal tərəfdaşıdır

Azercell şirkəti 71-dən çox pərakəndə satış nöqtəsinə sahib olan və Azərbaycanın elektronika sahəsində aparıcı pərakəndə satış şirkətlərindən biri olan “Optimal Elektronika” MMC ilə yeni müqavilə imzalayaraq, şirkətin rabitə tərəfdaşı olduğu haqqında məlumatı yayımlayır. Sövdələşməyə əsasən Azercell-in müasir mobil şəbəkəsi üzərindən internet və danışıq xidmətlərindən yararlanmaqla yanaşı, həmçinin “Optimal Elektronika” MMC-yə şirkətin yenilənmiş, idarəedilən rəqəmsal marketinq xidmətləri vasitəsilə öz rabitə xərclərinə nəzarət etmək, onları öncədən təyin etmək və eyni zamanda alıcılarına ən yaxşı müştəri təcrübəsini yaşatmaq fürsətini təklif edir. “Mən bu razılaşmanı şirkətimizin iş planlarına əsasən iş prosesinin sadələşdirilməsi, əməliyyat effektivliyininƏtraflı oxu