Əsas menu

Çərşənbə, May 15th, 2019

 

Milyarder xanımının məhsulları təhlükəli hesab edildi

Teleulduz Kayli Cennerin şəxsi kosmetik brendi olan “Walnut Face Scrub” markalı üz üçün skrab (dərini təmizləmək üçün vasitə) sağlamlıq üçün təhlükəli hesab edilib. Bu barədə The Sun məlumat verib. Cenner reklam etdiyi videoçarxda çox incə və səmərəli olan məhsulu həftədə 3 dəfə istifadə etməyi məsləhət görür və onun ölmüş hüceyrələri təmizlədiyini bildirir. Lakin dermotoloqlar “Kylie Skin” markasının həvəskarlarına bildiriblər ki, məhsulun tərkibinə daxil edilmiş yunan qozu üz dərisinə ciddi ziyan vura bilər. Onların fikrinə görə, yunan qozunun sərt qabıqları dərinin üst səhtində mikroçatlar yaradır və bu bakteriyalara dərinin dərin qatlarına keçməyə imkan verir.Ətraflı oxu


Ərdoğan bəyan etdi: İraqla hərbi əməkdaşlıq olacaq

20:16 İraqın Baş naziri Adil Əbdülmehdi Türkiyəyə səfərə gəlib. Axar.az xəbər verir ki, Ankarada qonağın rəsmi qarşılanma mərasimi olub. İkitərəfli və çoxtərəfli görüşlərdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir Adil Əbdülmehdi birgə mətbuat konfransı keçirəcəklər. Qeyd edək ki, son aylar Türkiyə-İraq münasibətlərində nəzərəçarpacaq dərəcədə istiləşmə müşahidə olunur. Tərəflər arasında qarşılıqlı səfərlər intensivləşib. Türkiyə İraqın ərazi bütövlüyünü dəstəkləyir. Qardaş ölkə İraqdan öz ərazisindəki terrorçu qruplar, o cümlədən PKK və digər təşkilatlar ilə sərt mübarizə aparmasını tələb edir. *** Biz İraqın şimalına uzanan ticarət dəhlizinin yaradılmasına önəm veririk. Bunu Türkiyə PrezidentiƏtraflı oxu


2 il əvvəl istifadəyə verilən yol yararsız hala düşdü – FOTO

Astarada 2 il əvvəl istifadəyə verilən və 2000 nəfər insanın istifadə etdiyi  yol yararsız vəziyyətə düşüb. Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 2017-ci ildə istifadəyə verilən yeni Təxtənəkəran-Miki avtomobil yolu artıq yararsız vəziyyətə düşüb. Yolun altı çınqıllı torpaq olduğundan, yağış yağandan sonra torpaq suyu özünə çəkir, zaman keçdikcə yolda çala və erroziyaların sayı artır. Bu ildən isə yol ondan istifadə edən 2000-ə yaxın insana daha çox problemlər yaradır. Sürücülər bu yoldan gün ərzində çətinliklə keçməli olurlar. Kənd sakinlərini narahat edən digər bir məsələ yol dağılarsa, rayonla əlaqənin kəsilməsidir. Belə ki, kəndləƏtraflı oxu


ABŞ bu ölkə ilə hava nəqliyyatını bağladı

ABŞ Venesuelaya qarşı daha bir addım atıb. “Bizimxeber” xəbər verir ki, ABŞ-ın Nəqliyyat naziri Eleyn Çao Venesuela ilə hava nəqliyyatının dayandırıldığını bəyan edib. O, təhlükəsizliklə bağlı belə bir addım atıldığını bildirib.


Sınaq sürüşü zamanı 2 milyonluq “Ferrari”ni oğurladı

Almaniyada bazar qiyməti azı 2 milyon avro olan “Ferrari” sınaq yoxlanışı zamanı oğurlanıb. “Bizimxeber” xarici KİV-ə istinadən xəbər verir ki, Düsseldorf şəhərində 1985-ci il istehsalı olan “288 GTO” modelini almaq istədiyini söyləyən bir nəfər şəxs onu sınaq üçün sürmək istəyib. 2 saatlıq test sürüşündən sonra avtomobili saxlayan oğru satıcı endikdən sonra yenidən qaza basaraq oradan uzaqlaşıb. Polis oğurlanmış” Ferrari”ni qəsəbələrin birinin qarajında tapıb. Hazırda polis oğrunun tutulmasına çalışır. Qeyd edək ki, “288 GTO” modeli dünyada 272 ədəddir.


Trampın şəkli olan corabla prezidentin görüşünə getdi – Gündəm oldu

ABŞ-ın Luiziana ştatının vitse-qubernatoru Billi Nanqesser Donald Trampla görüşə qeyri-adi görkəmdə gəlib. “Bizimxeber” xəbər verir ki, görüş ABŞ prezidentinin ştata səfəri zamanı baş tutub. Prezidentlə görüşdən çəkilən fotonu Nanqesser tvitter hesabından paylaşıb. Fotoda qubernatorun Trampın portreti əks olunan zolaqlı corabları diqqətdən qaçmayıb. Nanqesser, eyni zamanda qeyd edib ki, Trampdan “American Idol” teleşousunun yerli iştirakçısını dəstəkləməyi xahiş edib. Tramp isə “baxarıq, nə etmək olur” cavabını verib. Qeyd edək ki, vitse-qubernatorun corabları “Amazon” saytında 27,49 dollara satılır.


Yanacaqdoldurma məntəqəsinə girdi, 1 milyon qazandı

ABŞ-ın Şimali Karolina ştatının Şarlot şəhərində yanacaqdoldurma məntəqsinə girən kişi cekpot qazanıb. “Bizimxeber” “Charlotte Observer” dərgisinə istinadən xəbər verir ki, Stiven Floyd adlı şəxs benzinin pulunu verdikdən sonra ani lotereya bileti alıb. Bəxtini sınayan kişi 1 milyon ABŞ dolları qazanıb. Lotereyanın saytında verilən məlumata görə, S. Floyd əsas uduşlardan birinə sahib olub. O, vergiləri ödədikdən sonra nağd məbləğlə evə dönüb.


Türkiyədə zəlzələ oldu

Türkiyənin Aralıq dənizi sahillərində 4,4 bal gücündə zəlzələ olub. “Bizimxeber” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təkanlar 19:53-də qeydə alınıb. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.


Banklara yeni göstəriş verildi

Bundan sonra Azərbaycan bankları internet səhifələrində yerləşdirdikləri maliyyə hesabatlarının açıqlanma tarixini də qeyd etməli olacaqlar. “Bizimxeber” Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı banklara göstəriş verilib. Artıq banklar bu göstərişə əməl etməyə başlayıblar.


“Neftçi” bu 3 futbolçu ilə yollarını ayırdı

“Neftçi” komandası üç futbolçusu ilə yollarını ayırıb. Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, “Neftçi” 3 futbolçu – Məhəmməd Mirzəbəyov, Qoran Paratski və Petru Raku ilə müqaviləni yeniləməyib. Klub futbolçulara xidmətlərinə görə təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.


İlham Əliyev Bakıda iki sərgi ilə tanış olub – YENİLƏNİB

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri ilə tanış olub. AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov və “Caspian Event Organisers” şirkətinin regional direktoru Edvard Straxan dövlətimizin başçısına sərgilərlə bağlı məlumat verdilər. Bildirildi ki, dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirən builki sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 20 faiz artıb. Artım iştirakçıların sayında da qeydə alınıb. “WorldFoodƏtraflı oxu


Bakının mərkəzində atışma – Generalın qohumu tutuldu

Tanınmış general-leytenant Məhərrəm Əliyevin qohumu İsa Əzizovun adı yenidən silahlı insidentdə hallanır. Bu dəfə atışma mayın 13-dən 14-nə keçən gecə şəhərin mərkəzində baş verib. Bizimxeber.az  xəbər verir ki, bu haqda Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları atışmanın bütün iştirakçılarını saxlayıb. Məlumata görə, insident Aşıq Molla Cümə küçəsində, 3 nömrəli yaşayış binasının qarşısında baş verib. 27 yaşlı Əzizov İsa Nadir oğlu və 26 yaşlı Binnətəliyev Samir Teyyub oğlu odlu silahdan atəş açaraq, ictimai asayişi pozub. Polis əməkdaşları hadisə yerinə gələrək, onların silahı yerə qoymasını tələb edib. Tələbə tabe olmaqƏtraflı oxu


Bu şəxslərin maaşı artırılacaq

“Azərbaycanda psixoloqların maaşlarının artırılması üçün diaqnostik qiymətləndirmə keçiriləcək”. Bunu Təhsil nazirinin müavini Firudin Qurbanov 15 may Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda psixoloqların yetişdirilməsi istiqamətində əlavə tədbirlər planlar hazırlanır: “Məktəblərdə psixoloqlardan istifadə etmək lazımdır. Məhz bunun vasitəsilə neqativ halların qarşısı alına bilər. Ümumiyyətlə, bütün psixoloqlar öz peşələrinə biganə deyil, səmimi yanaşmalıdırlar. Azərbaycanda məktəblərdə istedadlı psixoloqlara ehtiyac var”.


Elmar Vəliyevin nömrəsini əlindən aldılar (FOTO)

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Elmar Vəliyevin sevimli avtomobil nömrəsi əlindən alınıb.  İcra başçısı işlədiyi dönəmlərdə müxtəlif markalı avtomobillərinin üzərində gəzdirdiyi 20AA100 dövlət qeydiyyat nişanı artıq yeni icra başçısı Niyazi Bayramovun yaxın adamlarının  istifadəsindədir. Bizimxeber.az Gununsesi.org-a istinadən xəbər verir ki, məlum nömrə Elmar Vəliyevin 250 min qiyməti olan “Lexux”unda idi. Bundan başqa 20 AS, AC, AB 100-lə olan digər nömrələr də Vəliyevlər ailəsinin mülkiyyətində olub. Məlumatda qeyd olunur ki, sabiq icra başçısının oğlu Elmir Vəliyev 20 AA 100 dövlət qeydiyyat nişanını vermək istəməsə də Gəncə Regional İmtahan QeydiyyatƏtraflı oxu


Jurnalist Həbibə Abdulla ilə bağlı məsələ dərindən araşdırılmalıdır-Mətbuat Şurası bəyanat yaydı

Azərbaycan Mətbuat Şurası jurnalist Həbibə Abdullanın müəllimlər tərəfindən təhqir olunması ilə bağlı məsələyə münasibət bildirib. AFN xəbər verir ki, Şuranın müvafiq bəyanatında bildirilir: Söz və ifadə azadlığının təmin oluduğu, informasiya əldə edilməsi sahəsində təkmil qanunverilicik bazasının yarandığı Azərbaycanda bu ali dəyərlərə uyğun məsuliyyət kateqoriyaları və mexanizmləri müəyyənləşib. Mövcud durumda hər kəsin, xüsusən məmurların, tutduğu mövqe və status ictimai əhəmiyyət daşıyan, cəmiyyətin diqqət mərkəzində olan vəzifəli şəxslərin üzərinə düşən konkret öhdəliklər var. Dövlətə, Vətənə sədaqət, dürüstlük və vicdanlılıq meyarları həmin öhdəliklərə yanaşma tərzinə əsasən ölçülür. Cəmiyyətin informasiya ilə təminatında iki qütbƏtraflı oxu