Əsas menu

Çərşənbə axşamı, May 14th, 2019

 

Nizami DYP-dəki biabırçılığa kim son qoyacaq? Firdovsi Yusubov 40 manatla milyonçu olacaqmı?

Bu günə kimi Daxili İşlər naziri, cənab Ramil Usubovun əmri ilə işində yol veridiyi nöqsanlara görə, DYP-nin bir neçə rəisi vəzifədən qovulub, onlarla polis əməkdaşına töhmət verilib. Ki, polis vətəndaşlarla normal rəftar etsin, vətəndaş polisinə inansın və ən əsası qanunun aliliyinin keşiyində dursun. Amma, məhz bəzi polis əməkdaşları öz əməlləri ilə cənab nazirin fəaliyyətini kölgə altında salır, polisə olan etibarı, inamnı itirir.  Bütün bunların fonunda görünür DYP-nin bəzi rəis və inspektorları  və onların mülki geyimli “şillə vuran”ları qorxmur, köhnə əməllərini davam etdirirlər. Bu barədə cənab Ramil Usubova daha geniş formalı məktub göndəriləcək. Yollarımızda gecəƏtraflı oxu


Leyla Əliyeva Çinin XİN başçısının müavini ilə görüşüb

Mayın 14-də Çində səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekində bu ölkənin Xarici İşlər nazirinin müavini Lı Yunçen ilə görüşüb. Lı Yunçen iki ölkə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Çinin Azərbaycan ilə əməkdaşlığının daha da dərinləşməsi üçün səylərini davam etdirəcəyini bildirib. O, Azərbaycanın mədəni irsi ilə seçilən ölkə olduğunu vurğulayaraq, son dövrlər Çində Azərbaycan mədəniyyəti ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini qeyd edib. Nazir müavini Pekində keçirilən “Asiya sivilizasiyalar dialoqu” konfransında və konfrans çərçivəsində təşkil olunan tədbirlərdə Azərbaycanın fəal iştirakını məmnunluqla vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidentiƏtraflı oxu


“Bizi ağackəsənlərlə əlbir olmaqda ittiham edirlər” – İradə İbrahimova

“Bəzi şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyini haqsız olaraq ağac kəsənlərlə əlbir olmaqda ittiham edirlər”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında deyib. “Nazirlik ağacların məhv edilməsinə qarşıdır, bütün vasitələrlə təbiətə belə qəddar münasibətin qarşısını almağa çalışır. Ancaq yalançı vətənpərvərlik göstərənlər haqsız yerə bizi ittiham edirlər. Nazirlik ağacların kəsilməsinə və ya yaşıllıq sahəsinin bilərəkdən yox edilməsinə çalışanlara hər zaman qarşı durub və duracaq. Təəssüf ki, bəziləri bu məsələlərdə haqsız yerə bizi ağackəsənlərlə əlbir olmaqda ittiham edirlər. Bir neçə il əvvəlki, köhnəƏtraflı oxu


Boru xəttində qəza: Bakının mərkəzini su basdı

Bu gün günorta saatlarında Bakının mərkəzini su basıb. Hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən virtualaz.org-a verilən məlumata görə, ərazidə 500 mm-lik diametrli xətdə qəza baş verib: “Bununla əlaqədar ərazidə suyun verilməsi dayandırılıb. Hazırda qəza briqadası əraziyə cəlb olunub. Qəzanın aradan qaldırılması üçün işlər görülür. Baş vermiş qəza aradan qaldırıldıqdan sonra suyun verilməsi təmin olunacaq”. Qeyd edək ki, hadisə ilə əlaqədar yolda həm piyadaların, həm də avtomobillərin hərəkətində çətinlik yaranıb.


Bakıda yol polisi başını qaşıyan jurnalistə cərimə yazdı

Yol Polis Xidməti ilə bağlı zaman-zaman narazılıqların olduğunu müşahidə edirik. Bu gün Modern.az saytının əməkdaşı da haqsızlıqla qarşılaşıb. Belə ki, jurnalist Ağa Neymətulla küçəsindən  Heydər Əliyev Prospektinə  dönərkən 99-YP-269  yol patrul avtomobilində xidmət edən baş leytenant Mehti Səlimov tərəfindən saxlanılıb. YPX əməkdaşı sürücünün telefonla danışdığını iddia edərək protokol tərtib edib. Jurnalist isə buna öz etirazını edib, başını qaşıdığını bildirib. Ancaq inspektor sürücünün etirazını qəbul etməyərək protokolu qüvvədə saxlayıb. Ancaq o, tərtib etdiyi protokolu sürücüyə təqdim etməyib. Əməkdaşımız baş leytenanta, telefonla danışmadığını desə də, o subut  əvəzinə, küçə danışıqları ilə danışıb. MəsələƏtraflı oxu


Türkiyə ordusu şəhid verdi

Türkiyənin Hakkari bölgəsində ordu üzvü terrorçu atəşinin qurbanına çevrilib. PKK terrorçuları İraqla sərhəd ərazidə Türkiyə hərbçilərini atəşə tutublar. Ağır yaralanan əsgərin həyatını xilas etmək mümkün olmayıb. PKK üzvlərinə qarşı anti-terror əməliyyatı davam etdirilir.


Nəsimi rayonunda növbəti səyyar qəbul keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciərtlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Nəsimi rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılr. Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov təsdiq olunmuş qrafikə uyğun olaraq 4-cü mikrorayon H.Seyidzadə küçəsi 28 ünvanda növbəti səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmişdir. Mikrorayonda, o cümlədən Mir Cəlal, H.Seyidzadə, M. Kazımovski, H.B. Əliyev, A.MustafayevƏtraflı oxu


Azercell-in “Mobil Diş Klinikası” təmənnasız tibbi müayinələrin təşkilini davam etdirir

Korporativ Sosial Məsuliyyət Strategiyasında müasir texnologiyaların köməyilə insan həyatının keyfiyyətinin artırılmasını hədəfləyən Azercell, fəaliyyəti boyunca bu istiqamətdə bir sıra sosial layihələrin həyata keçirilməsini dəstəkləyib. Azercell-in təşəbbüsü ilə yaradılan “Mobil Diş Klinikası” bu layihələrdəndir.  Həm Bakı, həm də regionlardakı uşaq evlərinə səfər edən klinika növbəti diş müayinələrini Bilgəh qəsəbəsi, 11 saylı inteqrasiya təlimli internat məktəbində təşkil edib. Bir ay boyunca davam edən səfərdə 71 uşaq müayinə və lazımi müalicə ilə təmin edilib. Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan “Azercell Telekom” MMC “Mobil Diş Klinikası”nı ən müasir tibbi avadanlıqlaƏtraflı oxu


Bakıda tələbələrin davası ölümlə bitdi

Bakıda kollec tələbəbələrinin davası ölümlə nəticələnib. Hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Belə ki, Bakı İdarəetmə və Texnologiya Kollecinin ikinci kurs tələbəsi Əsgərov Qalib Kamal oğlunun halı yoldaşları ilə etdiyi mübahisədən sonra pisləşib. Yerə yıxılan tələbə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisəni “Qafqazinfo”ya təsdiqləyən kollecin direktoru Faiq Şahbazlı hazırda araşdırm işinin getdiyini bildirib: “Olay kollecdən 100 metr kənarda günorta saat 13:00 radələrində baş verib. Dərsdə iştirak etməyən bir qrup tələbə mübahisə edib. Həmin an Qabil Əsgərovun halı pisləşib və yıxılıb. Yoldaşları onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyini deyir. BütünƏtraflı oxu


Lavrov və Pompeo görüşdü

ABŞ Dövlət Katibi Mayk Pompeo Soçi şəhərində Rusiyanın XİN başçısı Sergey Lavrovla görüşüb.  Tərəflər Rusiya-ABŞ münasibətləri, həmçinin İran, Venesuela, Ukrayna, Suriya, Koreya yarımadasındakı vəziyyət və digər qlobal məsələləri müzakirə ediblər. Pompeonun Rusiya prezidenti Vladimir Putinlə də görüşü gözlənilir.


“Azərbaycan Dəmir Yolları” 10 milyon dollara məsləhət aldı

İspaniyanın “JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” birgə müəssisəsi Bakı – Böyük Kəsik dəmir yolu xətti boyunca yeni enerji təchizatı və işarəvermə sistemlərinə keçid, elektrik lokomotivlərinin alınmasına dair Texniki Nəzarət üzrə Məsləhət Xidmətləri ilə bağlı keçirilmiş açıq tenderin qalibi olub.  “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. Məlumata görə, bu məqsədlə adı çəkilən xarici şirkətlə 8,261 milyon avro (9,277 milyon ABŞ dolları) məbləğində əsas və 0,236 milyon dolar məbləğində əlavə satınalma müqavilələri bağlanılıb. Beləliklə, ADY İspaniya şirkətindən 9,513 milyon dollarlıq məsləhət alacaq.


Putin “Xəncər”ə baxmağa getdi, təyyarəsini 6 Su-57 qırıcısı müşayiət etdi

Rusiya prezidenti Vladimir Putin bu gün mayın 14-də Soçi ətrafındakı Axtubinsk şəhərində yeni silah sistemlərinə baxmaq üçün gedərkən havada onun təyyarəsini 6 ən yeni Su-57 qırıcısı müşaiyət edib. Bu barədə videokadrlar RİA Novosti agentliyinin Telegram-kanalında yerləşdirilib. Putin müdafiə məsələlərinə həsr edilmiş ənənəvi may müşavirəsi çərçivəsində Həştərxan vilayətinə yollanıb. Orada Çkalov adına Dövlət sınaq-uçuş mərkəzində prezidentə yeni hərbi texnika nümunələrini təqdim edəcəklər. O cümlədən Putin “Kinjal” (“Xəncər”) perspektiv raket kompleksinə baxacaq. Bəzi KİV-lər Putinin Soçidə ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşü ilə bir vaxtda “Kinjal” raketinə baxış keçirməsinin təsadüfi olmadığını,Ətraflı oxu


Mətbuat Şurası “Təzadlar” qəzeti ilə bağlı məlumat yayıb

Mətbuat Şurası “Təzadlar” qəzeti ilə bağlı məlumat yayıb. Şuradan Trend-ə verilən məlumata görə, qurumun “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının və MŞ-nin Apellyasiya komissiyasının 1 mart 2019-cu il tarixdə keçirilmiş birgə iclasının rəyinə əsasən “Təzadlar” qəzetinin adı Şuranın “qara siyahı”sına daxil edilib. Bunun səbəbi “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə izah olunub: “Eyni zamanda, ona “qara siyahı”dan çıxmağın prosedurları barədə də məlumat verilib. Təəssüflər olsun ki, A.Mərzili “Təzadlar” qəzetinin “qara siyahı”ya daxil edilməsini şərtləndirən nöqsanları aradan qaldırmaq, fəaliyyətində dönüş etmək əvəzinə fərqli yol seçib. O, Azərbaycan Mətbuat Şurasına və MŞ-nin İdarəƏtraflı oxu


Fazil Məmmədov ağır durumda – Yarım milyardlıq öhdəliyi var

Sabiq vergilər naziri Fazil Məmmədova məxsus bisnes strukturlarında, o cümlədən “AtaBank”da son illər gedən proseslər, baş verən qeyri-adi hadisələrlə bağlı məlumat vermişdik. Son məlumatlarda sabiq nazir tərəfindən bankın rəhbərliyinə gətirilən qohumlarının – bacısı oğlu Dəyanət Quliyev və yeznəsi  Namiq Quliyevin “AtaBank”ı iflas həddinə çatdırdıqları, vəsaitləri müxtəlif vasitələrlə mənimsədikləri iddia olunub. Xeyli müddət keçsə də, nə bank, nə adları çəkilən şəxslər, nə də Fazil Məmmədov bu məlumatları təkzib etməyib. Yeni məlumatlarda isə “AtaBank”da növbəti qanunsuzluqların baş verdiyi iddia olunur. Belə ki, sabiq nazir Fazil Məmmədovun biznes strukturlarında ciddi problemlərin yaşandığını bildirənƏtraflı oxu


450 milyonluq mənimsəmə ittihamına cavab

“Azərbaycan Dəmir Yolları Kanadanın “Bombardier” şirkəti ilə cinayət əlaqəsinə girərək Dünya Bankının birinci tərəfə ayırdığı 450 milyon dollar məbləğində kredit vəsaitlərini mənimsəyiblər: dəyəri 19 milyon dollar olan avadanlıq “Bombardier” şirkəti tərəfindən Azərbaycana 5,5 dəfə baha – 104 milyon dollara satılıb. Aradakı fərq “otkat” olaraq Azərbaycan rəsmilərinə çatıb. Azərbaycan rəhbərliyi və prokurorluğu bu nəhəng korrupsiya cinayətinə göz yumsa da, Dünya Bankı bu cinayəti araşdırmaqdan vaz keçməyib. Bu ağır cinayəti İsveç prokurorluğu ifşa edib. Həbs olunanlar var”. Bizimxeber.az Bizimyol.info-ya istinadən xəbər verir ki, bu məlumat sosial şəbəkələrdə çoxsaylı istifadəçilər tərəfindən paylaşılıb və ciddi müzakirəlƏtraflı oxu


“Kiyevə yaylım atəşi ilə 360 “İsgəndər”i birdən atacaqlar…”

Ukraynanın Donbassdakı Birləşmiş qüvvələrinin keçmiş komandanı, general-leytenant Sergey Nayev bu günlərdə bəyan edib ki, onların ordusu Donetsk və Luqanskı bir sutkadan da az vaxtda geri ala bilərdi. Onun sözlərinə görə, həmin zaman ərzində Ukrayna ordusu Rusiya ilə sərhədə çıxmalı və orada möhkəmlənməlidir. Bəs bu bəyanatlar nə dərəcədə realistdir? Virtualaz.org xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş qəragah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko həmkarının dediklərini dəyərləndirib. Romanenko deyib ki, general Nayev peşəkar hərbçidir, qoşunların vahid idarəetmə mərkəzini yaratmaq üçün çox iş görüb, cavab atəşi açmaq ixtiyarını aşağı rütbəli komandir heyətinin ixtiyarına buraxıb.Ətraflı oxu


Xanım jurnalist Mehriban Əliyevaya müraciət etdi: “Müəllimlər tərəfindən təhqir olunuram”

“Azerbaijan Favorite News” (www.afn.az) saytının əməkdaşı, peşəkar jurnalist Həbibə Abdulla Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevaya, daxili işlər naziri Ramil Usubova, təhsil naziri Ceyhun Bayramova, baş prokuror Zakir Qaralova və Mətbuat Şurasının sədri Əfalatun Amaşova açıq məktubla müraciət edib. Bu barədə jurnalist özü məlumat verib. Onun sözlərinə görə, Gəncə Dövlət Universitetinin Etika komissiyasının və Tədrisə nəzarət komissiyasının sədri Əliqulu Quliyev tərəfindən təhqir edilib: “Ötən ilin fevral ayında GDU-nun “Riyazi analiz” kafedrasının əməkdaşları adından AFN-ə ünvanlanan şikayət məktubunu ictimailəşdirmişik. Məktub əsasında yazı hazırlayarkən Əliqulu Quliyevin də mövqeyini almışam, nə deyib onu daƏtraflı oxu


“Dəmirçi Plaza”da yanğın təhlükəsi – FOTOLAR

“Dəmirçi Plaza”da yanğın təhlükəsi yaranıb. İş mərkəzinin zirzəmisində qısaqapanma olub. Nəticədə tüstülənmə meydana gəlib. Binadakı şəxslər təxliyə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində tüstülənmənin qarşısı alınıb.


“Nar” gənclərin intellektual inkişafına töhfə verməyə davam edir

Ölkənin ən gənc mobil operatoru “Nar”-ın dəstəyilə baş tutan “Breyn Rinq” intellektual bilik yarışının on üçüncü mövsümünün ilk finalçılarının adları bəlli olub. Belə ki, kubok uğrunda mübarizədə “Gəncə” və “Nar” komandaları, eyni zamanda daha iki qalib komanda yarışacaq. Komanda şəklində yarışda iştirak edə bilməyən şəxslər üçün hər həftəsonu “Nar” öz “Facebook” səhifəsində xüsusi müsabiqə keçirir. “Breyn Rinq”-in efirdə yayımlandığı saatda səhifədə paylaşılan suala ən tez cavab verən istifadəçilər müxtəlif hədiyyələrlə təltif edilirlər. Aprel ayının intellektlərinin adları isə artıq məlumdur: Əli Məmmədov, İsmayıl Əliyev, Məhbub Osmanov və Rəşad Səttarlıdır. Qeyd edəkƏtraflı oxu


“Cahangir Hacıyevlə “Bakı gecələri”ndə tanış oldum”

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu, sabiq deputat Dünyamin Xəlilov və digər şəxslərin məhkəməsi keçirilib.  Hakim Faiq Qəniyevin icraatında olan prosesdə C.Hacıyevin vəkilləri vəsatət verərək Maliyyə naziri Samir Şərifovun, onun müavini Azər Bayramovun, Mərkəzi Bankın sədri Elman Rüstəmov və V.Hacıyevin yaxın adamı, bir çox yüz milyonluq layihələrin rəhbəri olan Xəqani Bəşirovun məhkəmədə dindirilməsini istəyiblər. C.Hacıyev də çıxış edərək bu şəxslərin məhkəmədə ifadə verməsinin zəruri olduğunu bildirib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Qazaxıstanda neft yatağına sahib olan Emin Sadiq məhkəmədə şahid kimi ifadəƏtraflı oxu