Əsas menu

Bazar ertəsi, May 13th, 2019

 

Koçaryanın məhkəməsi başladı

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsinin birinci iclası başlayıb. “Aysor” nəşri yazır ki, proses Yerevanın Avan və Nor Nork rayonunun məhkəməsində keçirilir. İclasda ölkənin baş prokuroru Artur Davtyan da iştirak edib.Məhkəmənin iclas zalında həbs olunanların tərəfdarları “Azadlıq!” şüarı səsləndiriblər. Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyasınamizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalibƏtraflı oxu


Şəfəq Hüseynliyə yeni vəzifə verildi

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa Şurasının “İnsan hüquqları və idmançılar” üzrə xüsusi işçi qrupunun sədr müavini seçilib. Qurumdan verilən məlumata görə, qərar Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq qrupunun 50-ci iclasında qəbul edilib. “İnsan hüquqları və idmançılar” qrupunun tərkibinə sədr, sədr müavini və 8 ölkələrin nümayəndələrindən ibarət üzvlər daxildir. Həmçinin, qrupa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Venesiya Komissiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər Avropa Şurası təşkilatlarının nümayəndələri də daxil ediləcək. Əlavə olaraq, Avropa İttifaqı, YUNESKO və WADA (Ümumdünya Antidopinq Agentliyi) müşahidəçi qismində öz nümayəndələrini təyin edəcək.Ətraflı oxu


Mərkəzi Bank dolların məzənnəsi barədə

Mayın 14-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan verilən məlumata görə, 14.05.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2019-cu il mayın 13-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.


Ziya Məmmədovun qardaşı prorektor təyin olundu

Milli Məclisin sabiq deputatı Elton Məmmədov Azərbaycan Texniki Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru təyin olunub. Bunu AzEdu.az-a açıqlamasında ATU-nun  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev deyib. “Elton Məmmədov uzun müddətdir ki, Azərbaycan Texniki Universitetində çalışır. Bir saat əvvəl  rektor əvəzləyicisi professor Xalıq Yahudov Elton Məmmədovu  Azərbaycan Texniki Universitetinin strateji inkişaf üzrə prorektoru təyin edib”.


Salyanda qonşusunu öldürdüyü üçün Almaniyadan ekstradisiya olunan şəxsə 13 il həbs cəzası verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Mehdixan Abdullayevin sədrliyi ilə qonşusunu qətlə yetirərək cinayəti 14 ay gizlətmiş şəxsə hökm oxunub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) ilə təqsirli bilinən, 1969-ci ildə anadan olmuş Salyan şəhər sakini Rövşən Cavad oğlu Cavadov 2015-ci il noyabr ayının 11-də öz həyətində qonşusu, 1989-cu ildə anadan olmuş, Salyan şəhəri, Heydər Əliyev küçəsi, ev 46-da yaşayan Qasımov Elçin Mirqələm oğlunu qətlə yetirdiyi üçün cəzasını ciddi rejimli islah əmək müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki,Ətraflı oxu


Amerika şirkətləri Çini tərk edə bilər

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Pekin Vaşinqtonla ticarət sazişi bağlamasa, əksər Amerika şirkətləri Çindən çıxacaq. Amerikalı lider “Twitter” səhifəsində çinli həmkarı Si Tszinpinə açıq şəkildə bunu bəyan edib: “Mən açıq şəkildə Çin rəhbəri Si Tsizinpin və oradakı çoxsaylı dostlarıma səslənərək deyirəm. Əgər Çin saziş bağlamasa, bundan əziyyət çəkəcək. Belə ki, şirkətlərimiz Çini tərk edərək başqa ölkələrə getməyə məcbur qalacaq”. Donald J. Trump ✔@realDonaldTrump I say openly to President Xi & all of my many friends in China that China will be hurt very badly if you don’t makeƏtraflı oxu


Bakıda müəllimə şagirdi döyüb, videoya çəkdi – VİDEO

Bakıda orta məktəbdə daha bir şagird müəllim tərəfindən döyülüb. Femida.az -a daxil olan məlumata görə, Bakının Binəqədi rayonunda yerləşən 246 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdi döyülüb. Mənbənin verdiyi məlumata görə, hadisə mayın 10-da II sinifdə baş verib. İddiaya görə, şagirdə fiziki güc tətbiq edən müəllimə Pərvanə Absalamovadır. Valideynlər bu kimi halların bir neçə dəfə təkrarlandığını və bundan narahat olduqlarını qeyd ediblər. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini təqdim edəcəyik.


Biznesmen övladlarının lüks həyatı – Feyziyevlərin milyonluq avtomobilləri (VİDEO, FOTOLAR)

“Clear” və “İron” otellərinin sahibi Fikrət Feyziyevin oğlanları Elvin və İslam Feyziyev qardaşlarının milyonluq həyatı… Biznesmen, məmur övladlarının lüks həyatlarını nümayiş etdirməsi ənənə halını alıb. Atalarının, qohumlarının pulu hesabına zəngin həyat tərzi sürənlər bunu əsasən “İnstagram” hesablarında foto paylaşaraq göstərməyə çalışırlar. Bu hal “Clear” və “İron” otellərinin sahibi Fikrət Feyziyevin oğlanlarına da aiddir. Minval.info xəbər verir ki, otellərin sahibləri Fikrət və Fəxrəddin Feyziyev qardaşlarıdır. Yerli mətbuatda qardaşlar haqqında kifayət qədər material dərc edilib. Belə ki, məlumata görə, Fikrət və Fəxrəddin Feyziyev qardaşları hələ 90-cı illərdə yaranmış vəziyyətdən əlverişli şəkildə istifadə edərəkƏtraflı oxu


Prezidentin Türkiyədə əməliyyat etdirdiyi gəncə əlillik dərəcəsi təyin edilmir

Prezident İlham Əliyevin Türkiyəyə göndərib əməliyyat etdirdiyi gəncin əlillik dərəcəsi təyin olunmur.  Unikal.org-a müraciət edən Ağsu rayon sakini Murad Zamanov bildirir ki, sol gözü görmür, sağ gözünün görmə qabiliyyəti isə zəifdir. Buna baxmayaraq Ağsu Rayon Mərkəzi xəstəxanasında ona birinci və ikinci qrup əlillik dərəcəsi təyin edilmir: “Bu ilin martın 7-də Zərifə Əliyeva adına Göz Klinikasından tibbi rəyi alıb, Ağsu Rayon Mərkəzi Xəstəxanasına göndərdim. Baş həkimin müavini dedi ki, Türkiyədəki klinikadan həkim rəyini gətirəndən sonra bütün sənədlərə baxılıb, qrup təyin ediləcək. Baş həkim Şəhrəbanu Məlikova və müavini sənədlərimə baxıb, dedilər ki,Ətraflı oxu


Dövlət Gömrük Komitəsi Vergilər Nazirliyinə birləşdirilir?

“Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin (DGK) birləşməsi ilə bağlı məsələ dövlət idarəetmə məsələsinə aid olan məsələdir. Bu, mənim səlahiyyətimə aid deyil”.  Bizimxeber.az xəbər verir ki, bunu açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. S.Ələkbərovun sözlərinə görə, Vergilər Nazirliyinin qarşısında duran ən böyük məsələ işin koordinasiyalı qurulmasıdır: “Əsas məsələ və problem ondan ibarət deyil ki, hansı qurum kiminlə birləşəcək və ona kim rəhbərlik edəcək. Bu ikinci dərəcəli məsələdir. Əsas məsələ odur ki, o sistem işləyirmi və bu sistemlər fayda verirmi, səmərəlidirmi?! Bəlkə də, bəziləri bunu bilmir. Amma bizim qarşımızda duranƏtraflı oxu


Cəlilabadda polislə narkotacirlər arasında atışma – 5 nəfər saxlaxndı

Cəlilabadda polislə narkotacirlər arasında atışma olub. Bizimxeber.az report-a istinadla xəbər verir ki, hadisə rayonun Xanəgah kəndində qeydə alınıb. Məlumata görə, polis əməkdaşları içərisində narkotik vasitələr satan şəxslərin olduğu “Hundai” markalı avtomobili saxlayıb. Saxlanılarkən maşının sürücüsü tabesizlik göstərərək polisin xidməti BMW markalı avtomobilinin güzgüsünü sındırıb. Bu zaman polis əməkdaşları havaya xəbərdarlıq atəşi açıb. Nəticədə avtomobil saxlanılıb və orada olan Şərur rayon sakini Mirkərim Seyidov, Yardımlı rayon sakini Tərlan Behbudov, Şəmkir rayon sakini Rəşad Sadıqov və Bakı şəhər sakini Anar Məmmədov tutulub. Onlardan heroin götürülüb. Polisin əməliyyatı zamanı havaya atəş açılarkən yaxınlıqdakı digərƏtraflı oxu


“Qazax Sement Zavodu” “Gilan İnşaat”ı məhkəməyə verdi (SƏBƏB)

“Qazax Sement Zavodu” MMC “Gilan İnşaat” MMC-ni məhkəməyə verib. Sement  zavodu iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, inşaat şirkətindən 35 min 640 manat məbləğində pulun tutulub, ödənilməsini istəyib. İddia 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Aytən Oruczadənin sədrliyi ilə araşdırılıb. Məhkəmə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, iddiaçı “Qazax Sement Zavodu” MMC-nin elektron qaydada daxil olmuş sənədləri qaytarılmalıdır. Azərbaycan Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsiƏtraflı oxu


Şagird özünü ikinci mərtəbədən atdı – Dərsdən qaçırmış?

Bakının Qaradağ rayonunda məktəbli 2-ci mərtəbədən özünü atıb. Hhadisə Sahil qəsəbəsində yerləşən 273 saylı tam orta məktəbdə qeydə alınıb. Məktəbin şagirdi, 14 yaşlı Dmitri Dusin 2-ci mərtəbədən yıxılıb. Yaralı dərhal xəstəxanaya aparılıb. Reanimasiyaya yerləşdirilən D.Dusinə diz qapağının sınığı, qol sümüyünün sınığı və kəllə-beyin travması diaqnozu qoyulub. Məktəbdən “Report”a bildirilib ki, mayın 13-ü saat təxminən 11:20 radələrində tənəffüs zamanı, məktəbin VIII sinif şagirdi dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb. Qeyd olunub ki, şagird bədəninin müxtəlif nahiyələrindən zədələr alıb. Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinəƏtraflı oxu


Yol polisi Vüsal Kərimlini 15 manat cərimələdi 

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimliyə qaydaları pozduğuna görə yol polisi tərəfindən cərimə protokolu tərtib edilib. Hadisə bu ilin aprel ayında baş verib.  Məlumata görə, Vüsal Kərimli “BMW” model avtomobili özü idarə edən zaman yol polisi tərəfindən saxlanılıb. Həmin vaxtı sözügedən avtomobilin arxa yan şüşələrində jalüz pərdələr taxıldığı üçün polis tərəfindən sürücü Vüsal Kərimliyə 150 manat cərimə protokolu tərtib edilib. Vüsal Kərimlinin avtomobilində əyləşmiş mühafizə polisi əməkdaşı yol polisini bu addımı atmaqdan geri çəkindirmək istəsə də, ancaq bu, mümkün olmayıb. Yol polisi qanunun tələblərinə uyğun olaraq Vüsal KərimliyəƏtraflı oxu


“Bakıya dizicırıq şalvarda gələnlər indi sponsorluq edir” – Şeyx Əbdül

“Bu gün Azərbaycan tamaşaçısının bizdən yeni və yüksək səviyyəli milli kinofilmlər tələb etməkdə haqlıdır. Amma bir problem var: Müstəqil prodakşınlar, özəl studiyalar var ki, onların çəkdikləri serialların bizdən yeni filmlər gözləyən tamaşaçılara heç bir aidiyyəti yoxdur”. Bunu “Təzadlar”a müsahibəsində kinorejissor, ssenarist və aktyor, Şeyx Əbdül Mahmudbəyov deyib. O, bildirib ki,  indi bizim onlara təsir mexanizmimiz də yoxdur. Əlbəttə ki, burada söhbət onların qeyri-peşəkarlığından gedir: “Bunun da bütövlükdə məsuliyyəti “Bacanaqlar”a, “Baldız”lara pul verib sponsorluq edənlərin və o serialları yayımlayan televiziyalarımızın üzərinə düşür. Mən bu barədə dövlət qarşısında rəsmi şəkildə məsələ qaldırmışamƏtraflı oxu


Sabiq deputatın prorektor təyin edilməsi etiraz doğurdu: “Bu cür “vurulmuş” adamları vəzifəyə təyin etmək təhsilin inkişafına zərbədir”

Tanınmış təhsil eksperti Kamran Əsədov Milli Məclisin sabiq deputatı Elton Məmmədovun Azərbaycan Texniki Universitetinin (AzTU) strateji inkişaf məsələləri üzrə prorektor vəzifəsinə təyin edilməsinə sərt reaksiya verib.   Kamran Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, Elton Məmmədovun belə bir vəzifəyəyə təyin edilməsi səhv addımdır: “Artıq Azərbaycanda islahatların yeni dövrü başlayıb. Söhbət ondan gedir ki, artıq indiyədək sosial-iqtisadi sahədə mövcud olan səhvlərin düzəldilməsi ərəfəsini yaşayırıq. Əslində, təhsil elə sahədir ki, kənar sahələrdən “vurulmuş” şəxslər burada idarəçiliyə gətirilməməlidir. Çünki onların əvvəlki fəaliyyətinin təhsilin və elmin inkişafına heç bir töhfəsi olmayıbsa, o zaman indi onlara təhsil sahəsindəƏtraflı oxu


“İki ildir hər yerdə sənə “zibil” deyir, susursan…”- “Lotu Quli”

Nüfuzlu kriminal avtoritetlərdən biri, Yekaterinburq və Çelyabinsk bazarlarının kuratoru “Lotu Quli” (Nadir Səlifov) ilə digər “vor zakon” “Edik Osetrin” (Eduard Asatryan) arasında münaqişə güclənib. Buna səbəb keçmiş “vor zakon” “Beso Rustavski”nin (Besik Kvinihidze) Saratov vilayətində öz kriminal nüfuzunu bərpa etməyə cəhd etməsi olub. Fotoda: Besik Kvinihidze Qeyd olunur ki, “Edik Osetrin” “Beso”ya bildirib ki, oğruların ona çoxlu sualı var. “Quli” öz növbəsində “Osetrin”lə telefon danışığında ona xatırladıb ki, “Nodar Rustavski” (Asoyan Nodari) iki ildir hər yerdə açıq şəkildə onu “zibil” adlandırır və onun bundan xəbəri olsa da, heç bir reaksiyaƏtraflı oxu


Təcili yardım qəzaya düşdü, üç tibb işçisi yaralandı

Bu gün Ələt qəsəbəsində təcili yardım avtomobili qəzaya düşüb. Qəza nəticəsində avtomobildə olan şəxslər yaralanıblar. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildirlər ki, qəza zamanı 3 tibb işçisi yaralanıb. Onlardan biri kişi, ikisi qadındır. Xəsarət alanlar Kliniki Tibbi Mərkəzə gətirilib. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.


Prezident Fuad Ələsgərovla bağlı sərəncam verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fuad Murtuz oğlu Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilib.


Meriya zibillə bağlı konsepsiyanın ilkin mərhələsini başa çatdırdı

Ölkə başçısının tapşırıqlarına əsasən paytaxt Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtımızı gözəl məkana çevirmək məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu işlərdə böyük təcrübəyə malik Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə müqavilə bağlanmış və müqaviləyə uyğun olaraq şirkət tərəfindən Bakı şəhərində məişət tullantıları ilə bağlı yeni konsepsiyası hazırlanması işləri aparır. Artıq bu işlərin birinci mərhələsi arxada qalmışdır. Meriyadan Bizimxeber.az-a verilən məlumata görə, konsepsiyaya uyğun olaraq ilkin olaraq paytaxtın Nərimanov rayonunda Bakı ŞəhərƏtraflı oxu