Əsas menu

Bazar ertəsi, Fevral 19th, 2018

 

İlham Əliyevdən yeni təyinatlar

Prezindent İlham Əliyev iki sərəncam imzalayıb. Dövlət başçısı Pərviz Cəfər oğlu İsmayılzadəni Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edib. O, bundan əvvəl Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki baş konsulu olub. Prezident başqa bir sərəncamla Rasim Şəmsəddin oğlu Rzayevi Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edib.


Şəhid ailələri üçün prezident təqaüdü artırıldı

Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.


İranın müdafiə naziri Azərbaycana gəlir

İranın müdafiə naziri Əmir Hatəmi Azərbaycana səfər edəcək. Ə.Hatəmi azərbaycanlı həmkarı Zakir Həsənovun dəvəti ilə Bakıya səfər edəcək. Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr ediləcək.


Nəsimi rayon məktəbliləri Memorial Soyqırım muzeyində

Xocalı soyqırımının iyirmi altıncı ildönümü ərəfəsində Nəsimi rayon məktəbliləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olmuşlar.  Ekskursiya zamanı bələdçi bildirmişdir ki, Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir. Hərbi Prokurorluğun Soyqırımı Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları vəƏtraflı oxu


“Lotu Quli”ni təhqir edən şəxsi maşınında gülləbaran etdilər – ŞOK GÖRÜNTÜLƏR

Bir müddət əvvəl sosial şəbəkələrdə çeçen əsilli kriminal aləm üzvünün “Lotu Quli” ləqəbli Nadir Səlifovu təhqir etdiyi görüntülər yayılmışdı. Lent.az-ın Crimetime.ru-ya istinadən məlumatına görə, həmin şəxslə bağlı yeni görüntülər ortaya çıxıb. Bildirilir ki, öldürülən şəxs çeçen əsilli kriminal avtoritet, Şeyx Həmzət ləqəbli Həmzət Qastəmirovun adamıdır. Şeyx Həmzət də  öldürülən azərbaycanlı qanunu oğru Rövşən Lənkəranskinin ən yaxın dostlarından biri olub. Hətta Rövşən Lənkəranskinin il mərasimində iştirak edərək, onun qisasını almağa söz verib.Görüntülərdə həmin şəxsin maşında güllələndiyi açıq-aydın görünür. Morqda çəkilən videoda isə bədəninin bütün hissələrinin güllə izindən deşik-deşik olduğu görünür. Qeyd edəkƏtraflı oxu


40 bacı-qardaşı olduğunu öyrəndi, dünyanı gəzib onları tapdı (FOTOLAR)

ABŞ-da yaşayan Kianni Arroya adlı gənc qadın sperma donoru atasından olan 40 bacı və qardaşını taparaq onlarla tanış olub.  Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 21 yaşlı Kianni 4 il əvvəl bu ideyasına start verib. ABŞ, Kanada, Avstraliya, Yeni Zellandiyada yaşayan 40 bacı-qardaşını kəşf edib və onlardan 30-u görüşə razılıq verib. Onun bacı-qardaşlarının ən böyüyünün 21 yaşı var, ən kiçiyi isə 5 aylıqdır. “Sperma donorluğu nəticəsində doğulduğumu bilirdim və həmişə kim olmağım barədə daha çox informasiya əldə etmək, bacı-qardaşlarımın olub-olmadığını öyrənmək istəmişəm. Bu məqsədimə çatmaq üçün kifayət qədər çalışdım” deyən Kianna ilk olaraq TampadaƏtraflı oxu


Ziya Məmmədovun qardaşı bağbanı günahlandırdı

“Evin bağbanı yaşayan balaca bir butka yanıb”. Bizimxeber.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Elton Məmmədov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun İsmayıllı rayonunun Buynuz kəndində yerləşən villasında baş verən yanğından danışarkən deyib.  O, bu yanğın hadisəsinin baş verməsində həmin evdə yaşayan bağbanı günahlandırıb: “Hamısı bağbanın səhlənkarlığıdır. Nə villa? Yalandır. Olmayan bir məlumatdır. Heç düşmənə də arzulamıram ki, evi yansın. Azərbaycanlıyıq, ən azı bir təəssüf hissi olmalıdır. Onların özləri yanıb külə donsün”.


Feysbukdan SƏRT QAYDALAR – reklama nəzarət gücləndirilir

Feysbuk sosial şəbəkəsi 2018-ci ildə keçiriləcək seçkilərlə əlaqədar təhlükəsizlik sistemlərini gücləndirib. Şirkət bu il ABŞ Konqresinə keçiriləcək seçkilərə “Rusiyanın müdaxiləsi” ehtimalını göz önündə saxlayaraq, reklam elanları alıcıları üçün əlavə testlər hazırlayıb. Feysbuk şirkəti elektron poçt vasitəsi ilə istifadəçilərin ABŞ-da yaşadığını təsdiq etməsi üçün xüsusi kod göndərəcək. İstifadəçilər bu kodu təsdiq etdikdən sonra reklam elanlarının alışını davam etdirə biləcəklər. Elanda o da qeyd olunur ki, cari ilin noyabr ayında keçiriləcək seçkilər zamanı əlavə yoxlama tətbiq olunacaq. (publika.az)


Hökumət Milli Məclisdə hesabat verəcək

Nazirlər Kabinetinin 2017-ci il üzrə fəaliyyəti ilə bağlı hesabatın Mİlli Məclisdə martın 16-da müzakirəyə çıxarılması gözlənilir. İllik hesabatın MM-ə martın əvvəllərində daxil olması və qeyd olunan tarixdə müzakirəsi nəzərdə tutulur. Hesabatı baş nazir Artur Rasızadə təqdim edəcək.


Samir Şərifovun yerinə o hazırla(n)şır – GƏLİŞMƏ

Seçkilərdən sonra Bayramov qardaşlarının birinin nazir olmaq imkanları çox böyükdür Böyük ehtimalla nazir potfeli ilə Azər Bayramov mükaflandırılacaq Bu ilin aprelində keçiriləcək prezident seçkisindən sonra hakim komandada radikal dəyişikliklərin olacağına dair xəbərlərvar. Mediada yer alan məlumatlara görə, hakimiyyətin yaxa qurtarmağa çalışdığı bir neçə mühüm post sahibi var və prezident seçkisindən dərhal sonra onların adları İlham Əliyevin yeni komandasının siyahısında olmayacaq. Belə ki, vurulacağı deyilən şəxslərin əksəriyyətinin iqtisadi blokda təmsil olunan məmurlar olacağı gözlənilir. Bu barədə məlumat artıq mətbuatda dolaşmaqdadır. Saytlar xəbər verir ki, hakimiyyət üçün arzuolunmaz sayılan kadrlar arasında maliyyəƏtraflı oxu


Azərbaycanlı qadına İraqda ömürlük həbs verildi

İraq məhkəməsi İŞİD terrorçularının 12 həyat yoldaşı barədə hökm verib. Qaynarinfo Aljazeera-yə istinadən xəbər verir ki, məhkəməyə çıxarılan 11 türk və 1 azərbaycan əsilli qadın barədə Bağdad məhkəməsi qərar elan edib. Yaşları 20-50 aralığında olan qadınlar İraqın Mosul və Tel Əfar şəhərlərində həbs ediliblər. 1 Türkiyə vətəndaşı edama, digər 11 nəfər isə ömürlük həbsə məhkum edilib.  Barəsində ölüm qərarı verilən qadın öz arzusu ilə həyat yoldaşı və uşaqları ilə İraqa gəldiyini bildirib: “Biz Türkiyəni tərk etdik, çünki həyat yoldaşım tanınan biri olmaq istəyirdi. Mən isə İslam qaydaları ilə idarə olunan yerdə yaşamaq arzusundaƏtraflı oxu


Tacir Şahmalıoğlunun villasından görüntülər (FOTO/VİDEO)

“Xəzər TV”də yayımlanan “Evdəkilərə salam” verilişi bu həftə Tacir Şahmalıoğlunun bağ evində qonaq olub. Qaynarinfo xəbər verir ki, Şahmaloğlu ilk dəfə yeni tikdirdiyi villasının qapısını mediayanın üzünə açıb.  Tacir sənətini davam etdirən oğlu Şahmalı da kamera önünə çıxardıb.


Yol polisi DTX-nın anti-terror əməliyyatına mane oldu, işdən qovuldu

Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşı Anar Mansurov daxili işlər orqanlarından xaric edilib. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.  Sfera.az-a DİN-dən verilən məlumata görə, buna səbəb Anar Mansurovun xidmətdə yol verdiyi ciddi qüsur olub. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Qazax rayonunda terrorçuluğa qarşı mübarizə tədbiri çərçivəsində əməliyyat keçirən zaman Anar Mansurov xidmətə yaraşmayan hərəkətlərlə əməliyyata maneçilik törədib. Əməliyyatdan sonra onunla bağlı DİN rəhbərliyinə müraciət edilib. Müraciət araşdırıldıqdan sonra DYP zabiti işdən qovulub.


Neftçala Su Nəqliyyat polis idarəsindən şikayət

Bildiyimiz kimi Neftçala rayonu Azərbaycan Respublikasının cənub-şərq hissəsində Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, qədim karvan yolunun üstündə Kür-Araz ovalığının şərqində yerləşir Bir sözlə Neftçala rayonu balıqçılıqla məşğul olan regionlarımızdan biridir. Amma müxtəlif bəhanələrlə çörəyi dərinliklərdən çıxan balıqçıları rayonun Su Nəqliyyat polis idarəsinin rəisi Azər Cəfərov və onun işçisi Anar Babayev incidir. Hətta bununla bağlı keçən ilin yanvar ayının əvvəllərində bu narazılıq 500 nəfər etirazçının bu olay bağlı Neftçala-Salyan magistral yolunu bağlanması ilə şahid olunmuşduq. Balıq ovu ilə məşğul olan adlarının çəkilməsini istəməyən şikayətçilərin bildirdiyinə görə, hər şey qanunla tənzimlənnmişƏtraflı oxu


“Ermənistanın riyakar mövqeyi danışıqlarda maneədir” -Prezident

Prezident İlham Əliyev fevralın 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirib. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında iştirakına toxunan prezident onunla görüşü zamanı energetika və digər sahələrdə əlaqələrimizin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını deyib. Dövlət başçısı Avropa Komissiyasına  son səfərindən keçən dövr ərzində əlaqələrimizin bütün sahələrdə çox yaxşı inkişaf dinamikası göstərdiyini vurğulayıb. Prezident Azərbaycan-Aİ əməkdaşlığının təkcə energetika sahəsində deyil, digər sahələrdə də,Ətraflı oxu


Göyçayda başçının qardaşı oğlu hökmranlıq edir – İddia

Bir qrup rayon sakini tərəfindən cumhuriyyet.az-ın elektron poçtuna göndərilən məlumatda rayon icra hakimiyyəti başçısının rayonun idarəetməsini öz qardaşı oğlu Səməd Cəbrayılova həvalə etdiyi bildirilir: “Qardaş oğlu isə demək olar ki, birdən-birə milyarder olmaq eşqinə düşərək böyük biznes imperiyası qurmağa start verib”.   Bildirək ki, Göyçay icra başçısı Mehdi Səlimzadə qardaşı oğlu S.Cəbrayılovu Göyçay Gənclər Mərkəzinə müdir vəzifəsinə təyin etmişdi. Rayondan cumhuriyyet.az-a daxil olan yeni məlumata görə isə təxminən bir ay əvvəl Səməd Cəbrayılov Göyçay rayon İcra Hakimiyyətində kadrlar şöbəsinə müdir vəzifəsinə gətirilib. Məlumata görə, S.Cəbrayılovun qurduğu plana əsasən Göyçay AvtonəqliyyatƏtraflı oxu


Bayıldakı sürüşmə zonasında yaşayanlara kirayə haqları veriləcək – Sabahdan

“Bayıl yamacındakı sürüşmə zonasında ilkin olaraq sənədlərini təqdim edən 67 ailəyə kirayə haqqı sabahdan ödəniləcək. Bu məbləğ ailə tərkibindən asılı olacaq”. Bunu Bayıl yamacında yaşayan sakinlərlə görüş zamanı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. RİH başçısı bildirib ki, kirayə haqqının məbləği minimum 260 manat təşkil edir: “Kirayə haqları, dağılmış 4 evin sahibinə veriləcək kompensasiyalar Nazirlər Kabinetinin normativ qərarı əsasında müəyyənləşdirilir. Kirayə haqları almaq üçün banklarda hesab açılacaq, vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməklə həmin vəsaiti əldə edə biləcəklər. Hesab edirəm ki, kompensasiyanın məbləği normativlərə uyğundur”. E. Əzizov qeyd edibƏtraflı oxu


Bakıda narkotiki blokların girişində belə gizlədiblər

Qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə külli miqdarda psixotrop maddə olan MDMA həbləri (ekstazi) gətirməkdə təqsirləndirilən 3 nəfərin cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən Şəmistan Mustafayevin istintaqa ifadəsi elan edilib. Onun ilk ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər olub. O, ilk ifadəsində Ələkbər Məmmədovla tanış olduğunu  və birlikdə avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul olduqlarını deyib. Bu məqsədlə bir dəfə Türkiyəyə gedərkən orada ekstazi istifadə ediblər. Daha sonra isə onlar ekstazini Bakıya gətirməyi və satmağı planlaşdırıblar. ŞəmistanƏtraflı oxu


İlkin Həsəni Rəhim Rəhimlini döydü VİDEO

Müğənni və bəstəkar Rəhim Rəhimli yaradıcılığında maraqlı layihəyə imza atıb. Publika.az xəbər verir ki, uzun müddətdir “Bozbaş Pictures”in filmi olan “Bir xalanın sirri” komediya filminin saund trekinin müəllifləri və ifaçıları Rəhim Rəhimli və Nadir Nağdpuldur. Mart ayının 1-i təqdim olunacaq filmin saund trekinə filmin aktyorları və sənətçilər artıq ekran həyatı verib və maraqlı klip ərsəyə gətirib. Klip Azərbaycanın ən çox aktyorlarının rol aldığı ekran işi kimi də rekorda imza atıb. Klipdə 100-dən çox insan rol alıb. Klipin ən maraqlı məqamı isə “Bozbaş Pictures” qəhrəmanları ilə Rəhim Rəhimlinin və Nadir NağqpulunƏtraflı oxu


Ziya Bünyadovun qatili həbsxanada danışdı – sensasion açıqlamalar

Əməkdaşımız akademiki öldürən Nazim Nağıyevlə məhbəsdə görüşdü; məhbus ilginc bilgilər verdi –    cinayət dosyesinin yeni detalları, qatilin həyat hekayəsi… Akademik Ziya Bünyadovun qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında “Yeni Müsavat”da dərc olunan müsahibəni diqqətinizə çatdırırıq: Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır. İqtisad Universitetini qırmızı diplomla bitirən Mahir Zeynalov da, Dövlət Gömrük Komitəsinin inspektoru olmuş Nizami Nağıyev də bu gün Qobustan Həbsxanasının divarları arasında 21Ətraflı oxu