“8-ci km bazarı”na gedən yol bağlanır
“8-ci km bazarı”na gedən yol bağlanır
04 Avqust 2016 / 14:49 / Baxış sayı: 786
Font1 Font2 Font3 Font4
Bizimxeber

“8-ci km. bazarı”nın qarşısında hərəkət məhdudlaşdırılır.

Bu barədə virtualaz.org-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 4-dən 5-nə keçən gecə Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən ( “8-ci km bazarı” ) Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsındə ( “Laçın” ticarət mərkəzi ) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

Sözügedən hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmək tövsiyyə olunur.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə