7 milyard ziyana düşən nəhənglər -NEFT UCUZLAŞDI
7 milyard ziyana düşən nəhənglər -NEFT UCUZLAŞDI
10 Avqust 2016 / 11:00 / Baxış sayı: 692
Font1 Font2 Font3 Font4
Bizimxeber

Shell, ExxonMobil və Chevron aşağı neft qiymətləri səbəbindən 7 mlrd. dollar itki ilə üzləşib

Bu ilin ilk yarısında Niger çayının deltasındakı bəzi beynəlxalq və yerli neft şirkətlərinin 2,26 trln. nayra zərərləri olub.

“Report” “Nigerian nation” saytına istinadən xəbər verir ki, “Shell”, “Exxon Mobil Corporation” və “Chevron Corporation” kimi beynəlxalq şirkətlər aşağı neft qiymətləri səbəbindən 7,1 mlrd. dollar itki ilə üzləşiblər.

“Oando Plc.” və “Seplat Petroleum Development Company” kimi yerli şirkətlər isə neftin qiymətinin aşağı olması ilə yanaşı, hasilatın dayanmasından ilin I yarısında 43 mlrd. nayra itiriblər.

Təkcə “Royal Dutch Shell” şirkətinin açıqlamasına görə, 11 illik ən aşağı gəliri ötən rüb olub. “Chevron” ötən ilin II rübündəki 571 mln. dollar mənfəətə qarşı bu ilin müvafiq dövründə 1,5 mlrd. dollar zərər barədə məlumat yayıb.

“Exxon Mobil”in də ilin II rübündə mənfəəti 4,2 mlrd. dollardan 1,7 mlrd. dollara düşüb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə