6700-ü alınan pasiyent klinikanı məhkəməyə verdi
6700-ü alınan pasiyent klinikanı məhkəməyə verdi
03 Noyabr 2016 / 11:37 / Baxış sayı: 1220
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanda məşhur klinikalardan biri övlad sahibi olmaq istəyən ailəni dəfələrlə aldadıb, onların heysiyyatıyla oynayıb.

BakiPost.az-a şikayət edən zərərçəkmiş Mahirə Kərimovanın sözlərinə görə, uşaq arzusuyla “Baku Medical Plaza” klinikasına müraciət edib. O, süni mayalanma etdirmək üçün klinikaya ümumi olaraq 6700 manat ödəniş etdiyini, lakin heç bir nəticə ala bilmədiyini deyir: “Övladım olmadığı üçün reklamlara aldanaraq, “Baku Medical Plaza” ya müraciət etdim. Məni klinikanın Süni Mayalandırma Mərkəzinin direktoru Cəlaləddin Örnək qəbul elədi. Həkimin dediyinə görə, süni mayalanmanın qiyməti 3500-4000 manat arasında dəyişir. Amma mənim 52 yaşımın olduğu üçün donor tapacağını əsas gətirərək 5000 manat istədi. Deyilən məbləği verə bilməyəcəyimi bildirdim. Ondan sonra həkim qiymətdə bir qədər endirim etdi. Bütün müayinələrdən keçəndən sonra mayalanmanın baş tutacağına qarant durduğunu bildirdi”.

Cəlaləddin Örnək
M. Kərimova 3 dəfə süni mayalanma etdirdiyini qeyd edib: “Bu ilin fevral ayında ilk süni mayalanmanı etdirdim. Amma alınmadı. İkinci mayalanmanı isə bu ilin mayında etdirdim. Onda da alınmadı. İyunda növbəti dəfə klinakaya getdim. Mənə orucluqdan sonra gəlməyimi dedilər. Nəhayət sentyabrın 30-da köçürülmə oldu. Sentyabrın 11-də isə müayinəyə getdim. Analizdə hamilə olduğum çıxdı. Klinikanın tibb bacıları da hamilə olduğumu dedilər. Hətta məni təbrik belə etdilər. Sevincimdən bilmirdim neyləyim. Təəssüflər olsun ki, bu sevincim uzun çəkmədi. Oktyabrın 21-də klinikaya gedib UZİ aparatından keçdim. Onda mənə hamilə olmadığımı bildirdilər. Üstəlik məndən 8 manat kassa pulu da istədilər. Bu hərəkət məni çox əsəbiləşdirdi. Klinikanın tibb bacılarına öz etirazımı bildirən zaman Cəlaləddin həkim gəlib məni sakitləşdirdi, hər şeyin yaxşı olacağını dedi. Amma orda işləyən tibb bacısı mənə lazım olsa, hətta 10 dəfə də gəlməli olduğumu bildirdi. Televiziyalarda klinikanı reklam edib süni mayalanmanın uğurlu olacağını deyirlər. Amma insanlar ora gedəndə onları soyurlar”.
 
Şikayətçi klinikanın lazımi dərmanları da ona aldırdığını vurğulayıb: “Birinci dəfə klinika dərmanları verdi. Sonradan isə dərmanları mənə aldırdılar. Amma əvvəlcədən onlarla belə danışmamışdıq. Həkim dolların qalxdığını, ona görə də dərmanları özümün almalı olduğumu dedi, mən də razılaşdım, dedim nəticə olsun. Həkim söz verdi ki, üçüncü dəfə mütləq alınacaq”.
Zərərçəkmiş onun aldadılmasını iddia edir və buna görə də Məhkəməyə müraciət etdiyini bildirib.
Baş vermiş hadisə ilə bağlı “Baku Medical Plaza” və Cəlaləddin Örnəyin mövqeyini öyrənməyə çalışdıq. Lakin həkim məsələyə münasibət bildirmək istəmədiyini dedi: “Mən klinikanın sadəcə həkimiyəm. Bu məsələ ilə bağlı yaxşı olar ki, klinikanın rəhbərliyi ilə əlaqə saxlayasınız”. Klinikadan isə zənglərimizə cavab verən olmadı.
Həkimə ödənilən vəsaitin qəbzləri:


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə