6 yaşlı qızın anası qətldə təqsirli bilinərək həbs olundu
6 yaşlı qızın anası qətldə təqsirli bilinərək həbs olundu
04 Avqust 2016 / 14:05 / Baxış sayı: 716
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xırdalanda 6 yaşlı qızın öldürülməsində anası təqsirləndirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 30-da 6 yaşlı Ramilə Abdulxalıqovanın döyülərək öldürülməsində təqsirli bilinən anası, Ağsu rayon sakini Samirə Yarıyeva da tutulub.

Qeyd edək ki, məlum hadisə bir neçə gün əvvəl Xırdalan şəhərində qeydə alınıb. Şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində xəsarətləri olan meyiti küçədə tapılıb. Uşağın anası Samirə Narıyeva polisə qızının avtomobil vurması nəticəsində öldüyünü bildirib. Araşdırmalar zamanı qızın avtomobillə vurularaq deyil, qətlə yetirildiyi müəyyənləşib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Elnur Hacıyev tutulub.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə