6 yaşlı qız anasının sevgilisi tərəfindən öldürüldü
6 yaşlı qız anasının sevgilisi tərəfindən öldürüldü
01 Avqust 2016 / 13:24 / Baxış sayı: 720
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanda dəhşətli qətl törədilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində xəsarətləri olan meyiti küçədə tapılıb. Uşağın anası Samirə Narıyeva polisə qızının avtomobil vurması nəticəsində öldüyünü bildirib. Araşdırmalar zamanı qızın avtomobillə vurularaq deyil, qətlə yetirildiyi müəyyən edilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Elnur Hacıyev tutulub. E. Hacıyev azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib. Saxlanılan şəxsin azyaşlının anası ilə qeyri-rəsmi nikahda olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə