6 avtobus kart sisteminə keçdi
6 avtobus kart sisteminə keçdi
01 Sentyabr 2016 / 11:25 / Baxış sayı: 656
Font1 Font2 Font3 Font4
Bizimxeber

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlər qarşısında vahid kart sisteminə keçidin tətbiqinə dair qoyduğu tələbə uyğun olaraq artıq bu gündən etibarən daha 6 marşrut xətti üzrə (18, 61, 65, 79, 85, 96) hərəkət edən avtobuslarda ödəmə kart vasitəsilə həyata keçiriləcək.

Qurumdan verilən məlumata görə, ilk mərhələdə 6 marşrut xətti üzrə 117 avtobusda validatorların quraşdırılması təmin edilib. Ümumilikdə yaxın zamanlarda daha 400 avtobus üçün validatorların quraşdırılması nəzərdə tutulub.

Xatırladaq ki, vahid kart sisteminin tətbiq edildiyi 15 marşrut xəttində və Bakı metropolitenində gediş haqqının ödənilməsi “BakıKart” sistemi ilə həyata keçirilir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə