51 yaşlı aktrisa dərin kəsikli ətəyi ilə hamını heyran qoydu
51 yaşlı aktrisa dərin kəsikli ətəyi ilə hamını heyran qoydu
02 Noyabr 2016 / 13:44 / Baxış sayı: 1818
Font1 Font2 Font3 Font4
Bizimxeber
51 yaşlı aktrisa Liz Xerli ziyafətə dərin kəsikli donla gəldi .
Bizimxeber.az saytı “MailOnline” portalına istinadən bildirir ki, Elizabet Xerlinin donu bud hissədən kəsik idi. Açıq-saçıq paltar geyinən Xerli qırmızı xalının şahzadəsi olmağı bacardı. 
Xerli yaşına meydan oxuyaraq bütün Madridi öz donu ilə heyrətə gətirdi . Oğlu Demianla Maldiv adalarında istirahətdən qayıdan Liz Xerli  İspaniyanın paytaxtında dəb ziyafətinə qatılmışdı. “Marchesa”dan olan ziyafət geyimi ilə 51 yaşlı aktrisa öz gözəlliyi ilə illərə meydan oxudu. Həmin axşam model-aktrisa fantastik dərəcədə gözəl görünürdü
Qara ziyafət geyimi Elizabetin düz qamətini də ayaqlarını daha qabarıq şəkildə vurğulayırdı. Boynuna taxdığı gözqamaşdıran boyunbağı isə əynindəki paltarı bir qədər də gözəlləşdirirdi.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə