5 ci siniflərə rus dili kitabı niyə verilmir? Dərsliklər pulla satılır…
5 ci siniflərə rus dili kitabı niyə verilmir? Dərsliklər pulla satılır…
28 Sentyabr 2016 / 16:57 / Baxış sayı: 1594
Font1 Font2 Font3 Font4
Bizimxeber

5- ci sinif şagirdlərinə xarici dil dərslikləri verilmir. Bizimxeber.az-a valideynlər tərəfindən verilən məlumata görə, Bakı şəhərində demək olar ki bütün məktəblərdə vəziyyət eynidir.

Valideynlər bildirir ki, rus, alman, fransız dili dərsliklərini 6-8 manat arasında dəyişən qiymətlərlə kitab mağazalarından alırlar. Dərsliklərin niyə verilmədiyini dəqiqləşdirmək üçün bir neçə mətkəb direktoru ilə əlaqə saxladıq. 

Adının çəkilməsini istəməyən direktorlar bildirdilər ki, Bakı şəhər Təhsil İdarəsi tərəfindən kitablar verilməyib tapçırılıb ki, valideynlər özləri alslnlar: “Biz də valideynlərə tapşırmışıq ki, kitabları özləri alsınlar. Kitab verilsin ki, biz də şagirdlərə verək. Bu il əksər kitabları məktəblərə vermədilər. Müxtəlif bəhanələr gətirdilər. Buna direktor neynəsin. Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayın”.

Bizimxeber.az-ın araşdırmalarına görə, bu il yuxarı sinif şagirdləri üçün kütləvi xarici dil dərslikləri çap olunub. Amma məktəblərə paylanmaq əvəzinə konkret kitab mağazalarında satışa qoyulub. İndi paytaxtın əksər kitab satışı mağazalarında 5,6,7,8,9 və yuxarı sinif şagirdləri üçün xarici dili kitablarını pulla almaq olar.  

Faktla bağlı araşdırmalarımız davam edir…

Bizimxeber.az

ruskiy33 - копия

rus diliiiii dilaver



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə