47 yaşlı kişi meyidi tapılıb
47 yaşlı kişi meyidi tapılıb
14 Avqust 2016 / 18:48 / Baxış sayı: 750
Font1 Font2 Font3 Font4
Bizimxeber

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-nin mətbuat xidməti xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1969-cu il təvəllüdlü Orişin Oleq Nikolayeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:58-də başa çatıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə