43 yaşlı kişi oğlunu hərbi xidmətə yola salıb özünü asdı
43 yaşlı kişi oğlunu hərbi xidmətə yola salıb özünü asdı
23 Sentyabr 2016 / 9:15 / Baxış sayı: 1164
Font1 Font2 Font3 Font4
Bizimxeber

Samux rayon Lək kənd sakini, 1973-cü il təvəllüdlü Rüstəm Məmmədovun intiharı ilə bağlı bəzi məqamlar məlum olub.

Kəndin icra nümayəndəliyindən “Sputnik”ə verilən məlumata görə, iki qızı, bir oğlu olan R. Məmmədovun heç kimlə problemi olmayıb və kənddə yaxşı bir insan kimi tanınıb. Sentyabrın 11-də onun oğlu hərbi xidmətdən 10 günlük məzuniyyətə gəlib. İntihardan bir gün əvvəl isə ata oğlunu öz hərbi hissəsinə yola salıb.

Hərbi xidmətdə olarkən cərrahiyə əməliyyatı keçirdiyi üçün məzuniyyətə gələn oğlu isə gələn ay hərbi xidməti başa vurmalıdır.

R. Məmmədovun meyitini mərhumun məktəbli qızı və həyat yoldaşı tapıblar.

Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

*   *   *10:20

Samuxda intihar hadisəsi baş verib.

Rayonun Lək kənd sakini, 1973-cü il təvəllüdlü Rüstəm Məmmədov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun özünü öldürməsinin səbəbləri məlim deyil.

Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə