42 məzundan 27-si 600-dən çox bal topladı – FOTO
42 məzundan 27-si 600-dən çox bal topladı – FOTO
26 İyul 2016 / 12:01 / Baxış sayı: 810
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sumqayıt şəhərində Təbiət Elmləri Təmayüllü Gimnaziya bu il qəbul imtahanlarında yüksək nəticə göstərib. Belə ki, məktəbin xeyli sayda məzunu 600-dən yuxarı bal toplayıb.

 

Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, bu il məktəbi bitirən 42 şagirddən 27 nəfəri 600-dən yuxarı bal toplayıb.

Direktor qeyd edib ki, 600-dən çox bal toplayan 27 şagirdin 10 nəfəri bir sinifdə, 17 nəfəri isə digər bir sinifdə oxuyublar: “Son 8 ildir ki, bizim məktəb böyük uğurlara imza atır. Bu il ən yüksək nəticəmiz 690 bal oldu. Amma bizim istəyimiz tam alınmadı. Məzunlarımızdan 700 bal gözləyirdik”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə