400 kilo iylənmiş əti Bakıda satmaq istəyən Masallı sakini tutuldu
400 kilo iylənmiş əti Bakıda satmaq istəyən Masallı sakini tutuldu
24 Avqust 2016 / 17:48 / Baxış sayı: 610
Font1 Font2 Font3 Font4
Bizimxeber

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə bağlı reydlər keçirib. Bu barədə virtualaz.org saytına qurumun mətbuat katibi Yolçu Xanvəli bildirib.

Onun szölərinə görə, Masallı Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Səmədxanlı kənd sakini Rəşad Səmədovun idarə etdiyi 44 BR 280 dövlət nömrə nişanlı avtomobil saxlanılıb. Avtomobilin arxa oturacağında və yük yerində 400 kiloqrama yaxın üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunət iyi verən heyvan cəmdəyi aşkar edilib.

Araşdırma zamanı ətin mənşəyinin məlum olmadığı, baytarlıq-sanitariya nəzarətindən keçmədiyi bəlli olub. Ət paytaxtda satmaq üçün gətirilirmiş.

Aşkarlanmış heyvan cəmdəklərindən müayinə üçün nümunələr götürülərək baytarlıq laboratoriyasına göndərilib. Aparılan müayinələrin nəticəsinə əsasən cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə