34 şəhər və rayona dotasiya dayandırıldı
34 şəhər və rayona dotasiya dayandırıldı
29 Sentyabr 2016 / 17:46 / Baxış sayı: 1020
Font1 Font2 Font3 Font4
Bizimxeber

Gələn il dövlət büdcəsindən dotasiya almayan rayon və şəhərlərin sayında artım olacaq. Bizimxeber.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 34 şəhər və rayon gələn il büdcədən dotasiya almayacaq.

İndiyədək Bakı, Mingəçevir, Sumqayıt, Naftalan və Şirvan şəhərlərinin dotasiya ehtiyacı yox idisə, gələn il bu sıraya Gəncə, Lənkəran, Şəki və Yevlax şəhərləri qoşulacaq.

Bu il yalnız Abşeron və İmişli rayonları dövlətin yardımına ehtiyac duymamışdı. Gələn il isə Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonlarına da dövlət büdcəsindən vəsait ayrılmayacaq.

Bizimxeber.az



34 şəhər və rayona dotasiya dayandırıldı yazısına 1 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə