32 mindən çox abituriyent ixtisas seçimi edib
32 mindən çox abituriyent ixtisas seçimi edib
08 Avqust 2016 / 13:24 / Baxış sayı: 562
Font1 Font2 Font3 Font4
Bizimxeber

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, ixtisas seçimi edən abituriyentlərdən 29159 nəfəri Azərbaycan, 3052 nəfəri isə rus bölməsinin məzunlarıdır. 

I qrup üzrə 12051, II qrup üzrə 9489, III qrup üzrə 8131, IV qrup üzrə isə 2540 abituriyent ixtisas seçimi edərək təhsil alacağı ali məktəbi müəyyənləşdirib. Qeyd edək ki, ixtisas seçimi avqustun 10-u saat 23:59-dək davam edəcək. Ali təhsil müəssisələrinin yalnız V ixtisas qrupunun ixtisaslarını seçmiş abituriyentlərin sayı 1317-dir. Onlardan 1155-I Azərbaycan, 162-I isə rus bölməsinin abituriyentləridir.

2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 78 545 abituriyent iştirak edib və onlardan 34 385 nəfər (43,8%) 200-dən yuxarı bal toplayaraq ixtisas seçimində iştirak hüququ qazanıb. Ali təhsil müəssisələrinə ixtisas seçimi iyulun 29 başlayıb və avqustun 10-u saat 23:59-da başa çatacaq. Nəzərinizə çatdıraq ki, ixtisas seçimi etməyən abituriyentlər müsabiqəyə buraxılmayacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə