Əsas menu

Avropa Parlamentinə seçkilərin ilkin nəticələri açıqlandı 

23-36 may tarixlərində Avropa İttifaqına (Aİ) üzv 28 ölkədə Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticələri ilə bağlı məlumat açıqlanıb.  “İnterfak xəbər verir ki, sağ mərkəzli Avropa Xalq Partiyası (ENP) Avropa Parlamentində 179 yer qazanıb.

AP-da ikinci böyük yeri 150 səslə “Sosialistlər və Demokratların mütərəqqi alyansı” əldə edib. “Avropa üçün liberallar və demokratların alyansı” 107 mandat əldə edə və millət vəkili sayına görə üçüncü fraksiyaya çevrilə bilər. Dördüncü mövqedə “yaşıllar” 70 mandatla qərarlaşa bilər. “Avropa mühafizəkarlar və islahatçılar” partiyasının isə 58 deputat yeri qazanmaq şansı var.

Qeyd edək ki, 28 ölkə üzrə Avropa Parlamentinə 751 deputat seçilib.  Hər ölkədən deputatların sayı əhalinin sayına görə müəyyən edilib. Belə ki, ən çox deputat mandatı Almaniyada (96), ən az isə Kipr, Malta və Lüksemburqdadır. Bu ölkələrə cəmi 6 deputat yeri ayrılıb.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*