25 min manat cərimə, 7 il həbs….-Uşaq əməyindən istifadənin cəzası
25 min manat cərimə, 7 il həbs….-Uşaq əməyindən istifadənin cəzası
31 Avqust 2016 / 16:08 / Baxış sayı: 986
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bütün dünyada uşaq əməyindən istifadə edirlər. Azərbaycanda da bu hallar özünü bir çox sahələrdə büruzə verir. Mərkəzi bazarlarda və küçə ticarətində həddi büluğa çatmamış 5 -14 yaşlı uşaqların əməyindən istifadə halları get-gedə artmaqdadı. Bununla bağlı dünya təşkilatları tərəfindən ölkəyə daim tövsiyyələr verilir.

Bəs Qanunvericilik uşaq əməyindən istifadə haqqında nələr deyir?

Mövzu ilə əlaqədar Qaynarinfo.Az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Əmək Məcəlləsinin tələblərinə görə vətəndaşla işə götürən arasında əmək müqaviləsi bağlanarsa işləyə bilər: “15 yaşından 18 yaşına  qədər uşaqların işləməsi üçün isə valideyinlərin razılığı olmalıdır. Valideyinlərin razılığı birmənalı şəkildə tələb olunur. Müqavilə bağlanan zaman bu razılıq orda qeyd olunur”.

Ramil Süleymanov

Ramil Süleymanov qeyd edib ki, bizim qanunvericilik uşaq əməyindən istifadəni bir başa qadağan edir: “Bu eyni zamanda beynəlxalq standartlarda da öz əksini tapır. Uşaq Hüquqları Haqqında Bəyənnamədə və Avropa İnsan Haqları Məhkəməsinin konvesiyasında uşaqların məcburi əməyindən istifadəsinin qadağan olunması barədə maddə var. Uşağ əməyindən istifadə ilə bağlı dövlətlərin bu faktlara göz yummaması üçün, təsdiq edən kifayət qədər qərarlar var. Bizdə də uşağ əməyindən istifadədən söhbət gedə bilməz.

Bunu edənlər məcburi əməyin istismarına, və cinayət məcəlləsinin tələblərinə görə, cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Uşağ hüquqları və əməyi barədə faktlar müvafiq dövlət qurumları tərəfindən araşdırılıb ortaya çıxardılmalıdır.  İlk növbədə bu hallaraa  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi baxmalıdır. Çox təəssüf ki, bizdə uşaq hüquqları üzrə Ombudsman yoxdur.  Ən əsası yerlərdə reyd keçirən əmək müfəttişlər olmalıdır. Bu xidmət belə halları gördüyü təqdirdə, həmin sahibkarlara müvafiq pratakollar tərtib olunmalıdır”.

Uşaq əməyi ilə bağlı Azərbaycan Qanunvericiliyi aşağıdakı şəkildə tənzimlənir:

“İnzibati Xətalar Məcəlləsinin 192.1-maddəsində göstərlir ki fiziki şəxslər 3000-dən 5000 manata qədər cərimə olunur, hüquqi şəxslər  isə 20000 manatdan 25000 manata qədər cərimə olunurlar. Əgər bu xeyli sayda olarsa burda cinayət məsuliyyəti yaranır. Cinayət məcəlləsinin162-1 maddəsinə görə 3 ildən 7 ilə qədər bunun məsuliyyəti var. Əlavə olaraq 10000 manata qədər də cərməsi var.

Avropa İnsan Hüquqları Konvensiyasının 4-cü maddəsinin 2-ci bəndi də məcburi əməyin qadağan olunmasını əks etdirir. Orda qeyd olunur k, heç kəs məcburi əməyə cəlb oluna bilməz”.

Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikası 1993-cü  il 30 sentyabr tarixində “Uşaqların yaşaması  və müdafisəi haqqında inkişafın təyin edilməsi” adlı ümumdünya bəyənnaməsinə qoşulub. Bu bəyannamənin “Əmək təşkilatının minumum yaş həddi” haqqında 138 saylı konvensiyasının, eyni zamanda 146 saylı tövsüyəsini və uşaq əməyinin ən  pis formaları haqqında 182 saylı konvensiyanın və 190 saylı tövsiyyəsini ratfikasiya edib. Biz bu 4 sənədin hamsını ratfikasiya etmişik. Hansı ki  burda uşaqların əməyə cəlb olunmasının minimum yaş həddi 15 yaş nəzərdə tutulub. 15 yaşdan aşağı uşaqların əməyə cəlb olunması ümumiyyətlə qadağandır”.

Ramil Süleymanov vurğulayıb ki, Ümumdünya Statistika Komitəsinin reportunda qeyd olunur ki, Azərbaycan və bu qəbuldan olan ölkələrdə uşaqların əməyə cəlb olunması adətən orta məktəbin 9-cu sinfini bitirdikdən sonra baş verir:”Bununla bağlı ölkəyə daim tövsiyyələr verilir. Buna nəzarət edən qurumalar isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Əmək Müfəttişliyi və ona tabe olan regional idarələr, eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Bir daha qeyd edim ki, bununla bağlı Ombudsman olsa daha yaxşı olardı”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə