“2,5 milyon rüşvət alan məmur Tarif Şurasının tərkibindədir”
“2,5 milyon rüşvət alan məmur Tarif Şurasının tərkibindədir”
30 Noyabr 2016 / 9:46 / Baxış sayı: 1046
Font1 Font2 Font3 Font4
Bizimxeber

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Tarif Şurasının son qərarına münasibət bildirib

H.Hacıyev bildirib ki, qərar ölkədə xaosun yaranmasına səbəb olacaq: “Düzü, bunlar mənim üçün gözlənilməz deyildi. İlin əvvəlindən bunların apardığı iqtisadi siyasətin nəticəsi belə olmalı idi. Qiymətlərin qaldırılması da hakimiyyət daxilindəki təxribatçıların planıdır. Onlar bu artımdan sonra xalqla prezident arasında böyük uçurum yaratmaq istəyirlər. Ona görə mən deyirdim ki, xaricdəki qüvvələrlə daxildəki qüvvələr birləşərək prezidentin əleyhinə işləyirlər. Hökumətin belə bir qərar verməsi prezidentin düşmənlərinin əlinə əlavə rıçaqlar vermiş olur. Bu məsələdə prezidentin heç bir təqsiri yoxdur. Sadəcə, iqtisadi sektora daxil olan bəzi məmurlar təxribata əl atırlar. Həmin məmurlarla bağlı təcili ölçü götürülməlidir”.

Partiya sədrinin sözlərinə görə, qurumda milyonlarla rüşvət almaqda şübhəli bilinən şəxslər təmsil olunur: “Rabitə nazirinin müavini 2.5 milyon rüşvət almaqda şübhəli bilinir. Buna görə də o insanlar ölkədə narazılıq dalğası yaratmaq istəyirlər. Mən millətimə səbr arzu edirəm, biz hazırda böyük bir təxribatla üz-üzəyik. Ümid edirəm ki, prezident yaxın zamanlarda öz sözünü deyəcək. Biz neft-qaz ölkəsiyik, bizdə belə hadisələr olmamalıdır. Ölkədə istehsal sahələri çox pis vəziyyətdədir, aqrar sektor iflasa uğrayıb, insanların gəliri azalıb. Belə bir şəraitdə qiymətlərin bahalaşması doğru deyil”.

Bəzi məmurların milyonlarla pulunun olduğunu deyən partiya sədri daha sonra qeyd edib ki, o, şəxslər yığdıqları rüşvətin bir hissəsini büdcəyə qoyub boşluğu kompensasiya edə bilərdilər: “Amma onlar nədənsə bunu etmirlər. İstəyirlər ki, ölkədə xaos olsun. Hamı səbrli olmalıdır, prezident bunu belə qoymayacq. Hesab edirəm ki, yaxın günlərdə maaşlar qalxacaq. Şəxsən mən və mənim partiyam bütün təxribatlara baxmayaraq ölənə qədər prezidentimiz İlham Əliyevi müdafiə edəcəyik”.

H.Hacıyev hesab edir ki, kütləvi etirazlara ehtiyac yoxdur: “Azərbaycanı istəməyən qüvvələrin əsas istəyi odur ki, ölkədə ara qarışsın. Hər şey planlı olmalıdır.

Qiymətlərin bu şəkildə artırılması qəbuledilməzdir və buna qarşı çıxmaq lazımdır. Amma imkan vermək olmaz ki, hansısa mənfi qüvvələr prezidentə qarşı hücumlar təşkil etsin. Şəxsən mən imkan vermərəm ki, hakimiyyətdəki xəyanətkarlarla müxalifətdəki xəyanətkarlar birləşib ölkə prezidentinə qarşı cızılan xəyanət planını icra eləsinlər”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə