24 yaşlı qadının başını niyə kəsdilər? – ŞOK CİNAYƏTİN DETALLARI
24 yaşlı qadının başını niyə kəsdilər? – ŞOK CİNAYƏTİN DETALLARI
21 Sentyabr 2016 / 12:00 / Baxış sayı: 738
Font1 Font2 Font3 Font4
Bizimxeber

Tovuz rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, Tovuz şəhərində yerləşən avtovağzalda 1992-ci il təvəllüdlü İbrahimova Aytəkin Ədalət qızı həyat yoldaşı, 31 yaşlı Hüseynov Taleh Aydın oğlu tərəfindən ailə münaqişəsi zəminində öldürülüb.

Bildirilir ki, cütlük arasında bir müddət əvvəl problemlər yaranıb və onlar ayrı yaşamağa başlayıblar. Dünən axşam saatlarında Aytəkinin işdən çıxmasını gözləyən Taleh ona yaxınlaşaraq mübahisə edib və daha sonra özü ilə gətirdiyi bıçaqla gənc qadının boğazını kəsərək onu öldürüb.

İlkin araşdırma zamanı o da məlum olub ki, A.İbrahimova müddətdən artıq hərbi qulluqçu olub. Cütlüyün 2 azyaşlı övladı qalıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

*****
20 sentyabr

Tovuzda qadını qətlə yetirən şəxs saxlanılıb. APA-nın qərb bürosunun məlumatına görə,  24 yaşlı İbrahimova Aytəkin Ədalət qızını boğazını kəsərək öldürən şəxs onun həyat yoldaşı, Alakol kənd sakini 1985-ci il təvəllüdlü Hüseynov Taleh Aydın oğludur. Taleh Hüseynov artıq polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, qətl ailədaxili münaqişə zəminində baş verib. Ailənin iki övladı olub.

*** 20.17

Tovuzda dəhşətli qətl hadisəsi baş verib. APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayon avtovağzalı ərazisində baş verib. Tovuz rayon Alakol kənd sakini 1992-ci il təvəllüdlü İbrahimova Aytəkin Ədalət qızı  boğazı bıçaqla kəsilərək qətlə yetirilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə