214 saylı məktəbin direktoru Fəridə Rəcəbova direktor qalması üçün “əl-ayağa” düşüb
214 saylı məktəbin direktoru Fəridə Rəcəbova direktor qalması üçün “əl-ayağa” düşüb
22 Noyabr 2016 / 15:25 / Baxış sayı: 1128
Font1 Font2 Font3 Font4
Bizimxeber

Nizami rayonunda yerləşən Vüqar Sadıqov adına 214 saylı orta məktəbdə özbaşınalığın baş alıb getdiyi barədə informasiyalar daxil omaqdadır. Həmin məktəbin direktoru Fəridə Rəcəbovanın dövlət təhsil müəssisəsini şəxsi qazanc obyektinə çevirməsi, valideynlərin narazıçılığının artması və sairə faktlar ictimai rezonans doğurur.

Təqdim olunan məlumatlarda bildirilir ki, Fəridə Rəcəbovanın tapşırığı ilə 214 saylı orta məktəbdə şagirdlərdən, mütəmadi olaraq, müxtəlif bəhanələrlə pul yığılır. Bir neçə uşağı olan valideynə belə güzəşt edilmir. Onu da qeyd etmək lazımdır ki, məktəbin şagirdləri ilə yanaşı müəllimlər də direktorun fəaliyyəndən narazıdırlar.

Belə ki, Fəridə Rəcəbova dərs saatı bölgüsündə təmənnalı şərtlərini ortaya qoyur. Hər müəllimdən 1 oklad dərs üçün müəyyən məbləğ tələb edən direktor dərnək, maraq və sair tədrisdən kənar məşğələlər üçün də pul tələb edir.(mediatv)

Konkret deyilərsə reallıqda keçilməyən bu cür maraq saatlatını Fəridə xanım pulla öz yaxın adamlarına satır. Ona bu işləri həyəta keçirməkdə müavini Natalya Borisovna yardımçı olur. Redaksiyamıza verilən məlumata görə Fəridə xanımın pul yığanlarından biri də kollektiv tərəfindən seçilməyən, lakin direktor tərəfindən məktəb həmkarlar təşkilatının sədri “təyin olunan” Şəhla müəllimədir.

Daxil olan informasiyaya görə Təhsil Nazirliyi 214 saylı məktəbdə baş verən özbaşınalıqlar barədə tam məlumatlandırılıb və bunun nəticəsi olaraq Fəridə Rəcəbova Təhsil Nazirliyinə dəvət olunaraq bağlanmış bir illik müqaviləyə xitam veriləcəyi bildirilib.Buna etiraz olaraq Fəridə Rəcəbova qanunsuz olaraq məktəbdə dərsin gedişini pozur.Pedoqoji şuranın dərhal iclasını çağırır və onun direktor qalması üçün imza toplamağa başlayır.Hətta özünə yaxın 3-4 müəlliməni xahiş üçün Bakı Baş Təhsil İdarəsinə yollamağa da nail olub.Lakin Təhsil Nazirliyi fikrində qətidir. (rubrika.az)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə