Zakir Fərəcovun Sumqayıtdakı “Banqladeş” bazarı – Antisanitariya hökm sürür
Zakir Fərəcovun Sumqayıtdakı “Banqladeş” bazarı – Antisanitariya hökm sürür
17 Sentyabr 2016 / 14:18 / Baxış sayı: 2044
Font1 Font2 Font3 Font4
Bizimxeber

21-əsrdə Sumqayıtın mərkəzində orta əsrləri xatırladan, antisanitariya mənbəyi olan meyvə-tərəvəz bazarı…

Sumqayıtda   mənfi mənada  gözə çarpan mənzərələrdən biri  9-cu mikrorayon, “Şərq bazarı” deyilən ərazidə  fəaliyyət göstərən maşın yolunun üzərində yerləşən meyvə-tərəvəz bazarıdır ki, burada dəhşətli dərəcədə antisanitariya şəraiti hökm sürür.

Son vaxtlar Sumqayıtda aparılan abadlıq işlərinin fonunda “Şərq bazarı”ndakı adıçəkilən meyvə-tərəvəz bazarı şəhərə yamaq kimi görünür və onun mövcud olması heç cür başadüşülən deyil.

Görəsən ölkənin 3-cü böyük şəhərinin mərkəzində orta əsrləri xatırladan, xəstəlik mənbəyi olan, şəhərə ləkə olan bu bazar niyə indiyəcən qalıb?! Hal-hazırda ölkənin hətta ən ucqar və geridə qalmış kəndlərində belə  bu cür primitiv və açınacaqlı mənzərəyə rast gəlmək olmaz.

Zaman keçdikcə Sumqayıtda binalar, səkilər, bardürlər ,hətta işıqforlar belə yeniləndi,təmir olundu . Lakin uzun illər boyu dəyişməyən bir məkan var ki, o da Sumqayıtın bu bərbad bazarıdır. Yağış yaxan zaman bura palçığın,zığın əlindən daha dözülməz hala düşür.

Bu bazarın vəziyyəti dəfələrlə mətbuatda qabardılsa da  bu bazara əncam çəkilməyib. İlin istənilən fəslində bazarda hökm sürən xaos, antisanitariya sanki buranın simasına çevrilib.Bu ərazidən insanların gediş-gəlişi əməlli-başlı müşkülə çevrilib. Bir tərəfdən də maşınların hərəkəti vəziyyəti daha da dözümsüzləşdirir. Bazarın həm meyvə-tərəvəz, həm də tikinti materialları satılan hissəsindən keçən avtomobil yolunda tıxaclar yaranır.

Burada özbaşınalıq,qanunsuzluq, cəzasızlıq, pul qazanmaq həvəsi o həddə çatıb ki,nəinki  maşın yolunun hər iki tərəfində,hətta düz yolun ortasında belə alverə şəarit yaratmaqdan  çəkinmirlər. Bu bazarda hökm sürən səs-küy,dərəbəylik,ətrafdakı maşın yolunda bazarın səbəbkar olduğu tıxacdan irəli gələn qulaqbatırıcı siqnal səsləri ,xaos,üfunət ,piayadaların buradan rahat keçə bilməməsi adamda elə təəsürat yaradır ki, bura Sumqayıtın  yox, Banqladeşin paytaxtı  Dakka şəhərinin (Dakka dünyanın ən çirkli şəhəridir)  bazarıdır. Bazar “Şərq bazarı”adlananda mütləq bərbad gündə olmamlıdır ki?!

Bu dırnaqarası “Banqaladeş”bazarın ətrafındakı bərbad vəziyyətin şahidi olanda istət-istəməz belə bir təbii fikir yaranır ki,  hər gün yüzlərlə piştaxtadan,dükanlardan yığdığı  pulun cüzi bir hissəsini  niyə bazarın abadlaşmasına xərclənmir?!Halbuki bir günün qazancına belə ən azından  bazarın ətrafındakı  çox da böyük  olmayan yolları abadlaşdırmaq olar. Necə deyərlər çəhərin bir yanında gözəl bulvar tikilir,ondan bir aralıda isə rəzalət saçan bazar “çiçəklənir”

Əlbəttə bəziləri deyə bilər ki,burada yüzlərlə sahibkar ailəsinə çörəkpulu qazanır və bu bazarın yığışdırılması işsizlərin sayını çoxaldacaq. Amma bir həqiqət va var ki, bazarda müəyyən qayda-qanun olmalıdır.Bazar üçün sivilizasiyaya uyğun münasib yer ayrılmalıdır və bazar qanun çərçivəsində, sanitar qaydalara uyğun şəkildə  fəaliyyət göstərməlidir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə